I Domnall (, ), Domnall mak Exdax (), Domnall Brekk (), I Çilli Domnall (; ) — Dal Riada kralı (629–642).
Həyatı I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur.
629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur. O, bu döyüşdə həlak olmuşdur.
I Domnallın xələfi oğlu Domanqart yox, keçmiş hakimiyyət şəriki I Ferxar olmuşdur.
Mənbə
Ədəbiyyat
Kateqoriya:Dal Riada kralları Kateqoriya:VII əsr şəxsləri Kateqoriya:Makalpinlər sülaləsi