Pax Ottomana (latıncadan tərcüməsi "Osmanlı sülhü" mənasına gəlməkdədir) - dünyanın digər bölgələrinə nəzərən Osmanlı imperiyasında mövcud olan sabitlik və nizam üçün istifadə olunan termindir. Daha geniş formada istifadə olunan "Pax Romana"dan törəmişdir.
Mənası Bu ifadə daha çox Osmanlı imperiyasına müsbət yanaşan modern Türkiyə tarixçiləri tərəfindən istifadə olunur. Osmanlı imperiyası gücünün zirvəsində olduğu zaman Orta və Yaxın Şərqi, Balkan yarımadasını və Şimali Afrikanı əhatə edirdi. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqut etməsi ilə bu bölgələrin əksəriyyətində qeyri-sabitlik hökm sürməyə başladı. Buna görə də, Osmanlı dövrünün müsbət olduğunu ifadə etmək üçün Pax Ottomana ifadəsindən istifadə olunmağa başlandı. Həmçinin bax Osmanlı imperiyası İstinadlar
Kateqoriya:Osmanlı imperiyası tarixi Kateqoriya:Tarixşünaslıq Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:İslam tarixi Kateqoriya:XVII əsrdə Osmanlı imperiyası Kateqoriya:XVI əsrdə Osmanlı imperiyası Kateqoriya:XVI əsrdə beynəlxalq münasibətlər