Cəbəlkəndi () — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.

Coğrafiyası Bu kənd Urmiyadan 35 kilometr şimalda, Urmiya gölünün qırağında yerləşir. Son bir neçə ildə Urmiya gölündə suyun azalıb quruması bu kəndi tərpənən qumlar təhlükəsi ilə qarşılaşdırıb ki, bu kəndi tərpənən qumlardan qorumaq üçün bir sıra tədbirlər görülüb ki, bunlara qum malçlama və qum təpələrinə hörmə baryerlərin quraşdırılması və bölgədə duz və su çatışmazlığına yüksək dərəcədə uyğunlaşan yerli fidanların əkilməsi daxildir.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (84 ailə). Milli tərkibi 1949–1953-cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya sözlüyü"ndə (; Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Cəbəlkəndidə əkinçilik ilə məşğul olan 90 nəfər şiə inanclı Türk (Azərbaycan türkü) yaşayarmış. Hal-hazırda kənd əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir ki, əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar.

İstinadlar

Kateqoriya:Urmiya şəhristanının kəndləri