() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Arealı Əsasən, Aralıq dənizi ölkələrində 60, keçmiş SSRİ-də 19, o cümlədən Azərbaycanda 9 növü yayılmışdır. Qrossheym ilansoğanı (), qəşəng ilansoğanı (), ağızcıqlı ilansoğanı () Azərbaycan florası üçün endemikdir. Çiçəklərindən efir yağı alınır və ətriyyat sənayesində işlədilir. Bəzi növləri dekorativ bitki kimi becərilir.

Botaniki xarakteristikası Çiçəkləri müşk ətri verdiyi üçün bitki muskari adlandırılmışdır. Cinsin 2 növü gülçülükdə geniş istifadə olunur. Salxımşəkilli ilansoğanı () hündürlüyü 20 sm-ə çatan çoxillik soğanaqlı bitkidir. Enli yarpaqları torpaqda topalarla yığılmışdır. Çiçəyi silindrik formalı, çiçəkləri göy ya da göyümtül-bənövşəyidir. Fırçaşəkilli ilansoğanı () çiçək yatağı uzunsovdur, çiçəkləri tünd-bənövşəyi, bəzən qara rəngə çalır. Bu bitkilər bala soğanaqlarla çoxaldılır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası