Qasımov Cəlal Əbil oğlu () — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllim,AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı.
Həyatı və fəaliyyəti Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Ölümündən sonra 15 yanvar 2022-ci ildə AMEA Folklor İnstitutunda "Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim" mövzusunda elmi sessiya keçirilib
Təltifləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində xidmət etdiyi müddət ərzində dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür: Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə Hərbi Xidmətlərə Görə medalı Azərbaycan Respublikası Prezidentinin 29 mart 2008-ci il tarixli 2741 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2018-ci il tarixli 758 nömrəli Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı
Əsərləri
"Abdulla Sur və əsərləri" (1995) "Əsrin qiyamət çağı" (1997) "Nağı Şeyx Zamanın xatirələri" (1997) "Əksinqilab ilə Mübarizə Təşkilatı və Siyasi Repressiya" (1997) "Yaddaşın repressiyası" (1997) "Bitməmiş istintaq" (1997) "Respressiyadan deportasiyaya doğru" (1998) "Yaddaşın bərpası" (1999) "Müstəqillik Dövlətçilik və Milli Təhlükəsizliyin Keşiyində" Muzeyi" (1999) "Məhbus tərcümeyi-halı" (2003) "Hərbi Psixologiya" (2004) "Abdulla Surun Həyatı və Yaradıcılığı" (2004) "MTN: tarixi-hüquqi mənbələr" (2005) "İzahlı Siyasi Terminlər Lüğəti" (2007) "Cavidi məhbəsə aparan yol" (2007) "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" (2008, dərslik) "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" (2009, rus, ingilis, azərbaycan dillərində) "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011) "Bolşevik qurşununun qurbanları" (2011) "Ədəbi məhkəmələr" (2012) "Kitabi-Dədə Qorqud"un yasaqlanması" (2013) "Azərbaycan folklorşünasları (1920–1950)" (2015) "Milli təhlükəsizliyin əsasları" (2015, dərslik) "Vəli Xuluflu" (2016) "Cumhuriyyətin təhlükəsizlik orqanları (1918–1920)" (2018) "Bəkir Çobanzadə" (2018) "Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər" (2019) "Azərbaycanın Təhlükəsizlik Orqanları 100 ildə: Tarix və Müasirlik" (2019) "Siyasi Repressiya: Həyatda və Ədəbiyyatda" (2020) "Xalid Səid Xocayev" (2021) "Ağrı yaddaşı" (2022) "Siyasi repressiyanın ensiklopediyası" (2022)
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)