thumb|Mi-28 Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir.

Variantları

Mi-28 İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir.

Mi-28A Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı.

Mi-28N Havoc İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir. Termoqrafik kamera və lazer məsafəölçənlə təchiz olunmuşdur. Maksimum qalxma ağırlığı 11,500 kq olan bu varianta 2,350 kq ağırlığında silah yüklənə bilər.

Mi-28NM thumb|Mi-28NM aeroşou MAKS-2021 Yeni modernizasiya olunmuş variant. Fərqli silah idarəetmə sistemləri və yeni radarla təchiz olunmuş bu variant ilk uçuşunu 2016-cı ilin oktyabrında həyata keçirmişdir.

Mi-28D Mi-28N variantına oxşardır, lakin üzərində radar yoxdur.

Mi-28NAe Şimali Koreyaya təklif olunan ixrac variantı.

Mi-40 Silahlı nəqliyyat variantı. Prototip mərhələsinə qədər çatmayıb.

Mi-28UB (Učebno-Bojevoj — təlim və döyüş) Mi-28N-in təlim məqsədilə hazırlanmış variantdır. Təlim helikopteri kimi fəaliyyət göstərməsinə baxmayaraq, həm də hücum helikopteri kimi də istifadə edilə bilər.

İstifadəçilər : 6, əlavə 36 ədəd sifariş verilib. İraq: 11, əlavə 4 ədəd sifariş verilib. : 81, əlavə 14 ədəd sifariş verilib. : 10 ədəd sifariş verilib.

Qəzalar 15 fevral 2011-ci ildə Rusiyanın Stavropol bölgəsində Mi-28 helikopterinin qəzaya uğramışdır. Pilotlardan biri həlak olmuşdur. 12 aprel 2016-cı ildə Suriyanın Homs şəhəri yaxınlığında Mi-28N helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ekipaj üzvü həlak olmuşdur.

Həmçinin bax MiQ-17 Mi-24 MiQ-29 MiQ-25 Su-27 Su-25 F-15

Xarici keçidlər Mi-28 link Dil--en Youtube də videosi

İstinadlar

Kateqoriya:Vertolyotlar Kateqoriya:SSRİ vertolyotları