thumb|Gündüz vaxtı ağac budağında yatan bir adi keçisağan Adi keçisağan () — keçisağankimilər dəstəsinə aid bir quş növüdür. Uzunluğu 24–28 sm, qanad açığlığı 52–59 sm olan bu quşlar sübh və alatornalıq vaxtı aktiv olurlar. Gün ərzində isə yerdə və ya ağac budağında qonaraq yatırlar. Növün adı keçilərin südünü içdiyi inancına dayanır. Lakin keçisağanlar havada ağızlarını geniş açaraq ovladıqları böcəklərlə qidalanırlar.
Bu növ cütləşmə dönəmində axşamlar yüksək səsli uçuşları ilə seçilirlər (səs 1 km-dən eşidilir). Adi keçisağan yuva qurmur, çox vaxt 2 ədəd olan yumurtasını birbaşa torpağa qoyur və üzərinə kürk yatır. Balalar 17–21 gün sonra yumurtadan çıxırlar və növbəti 17 gündən sonra uçmağa başlayırlar. Erkəklər qanad və quyruqlarında olan ağ ləkələrə görə dişilərdən fərqlənirlər.
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar