Keta () — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır.
Təsviri İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır.
Areal Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Qidalanma Qida rasionuna xərçəngkimilər, qnadayaq molyusklar, çəkiç balığı siyənəklər və s. daxildir.
Çoxalması Keçici balıqlardır və kürüləmə ərazisinə getməkdən ötrü min kilomtrlərlə üzə bilirlər. Amur limanınından Ussuri və Bikin çaylarına keçirlər. Kürüləmədən sonra balıqlar tələf olur.
Kürüləmə payızın sonları baş verir. əsasən dağ çayalında kürüləyirlər. Balaların okeanlara qədərki yolçuluqları 3 ay davam edir.
Sənaye Keta qiymətli sənaye balığı sayılır. 1962-ci ildə Azərbaycanda yerləşən qızılbalıq zavoduna mayalanmış kürülər gətirilmiş və həmin ilcə bu zavoddan dənizə 450 min keta buraxılmışdır. Sonrakı illərdə isə bu balıqlar Samur və Qarasu çaylarına da buraxılır. 1964-cü ildə isə Qarasudan ilk yetkin fərdlər tutulmuşdur. Ketanın Azərbaycanın çaylarına daxil olması haqqında məlumatlar vardır.
+ Keta ovunun Dünya və Rusiya üzrə göstəriciləri на сайте NPAFC. org İl 20002001200220032004200520062007200820092010 Dünya üzrə ovu, min. t 284,48308,32321,79370,17354,07317,83361,58327,52296,31359,04313,28 Rusiyadakı ovu, min. t30,7729,6537,5932,0830,1632,9448,9754,2763,793,7388,54
Qırmızı kürüsü qida kimi istifadə edilir.
İstinadlar
Xarici keçidlər
Rusiya onurğalıları: Keta
Kateqoriya:Sənaye balığı Kateqoriya:Rusiya balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Yaponiya balıqları Kateqoriya:ABŞ balıqları