Yeddi gözəl (, Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir.François de Blois. Haft Peykar (anql.) // Encyclopædia Iranica. — 15 dekabr 2002. — Т. XI. — С. 522–524. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" () adı ilə tanınır.

Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420–439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.François de Blois. Haft Peykar // Encyclopædia Iranica. — 15 December 2002. — V. XI. — pp. 522–524.

Məzmunu 200px|thumbnail|left|Bəhramın yeddi gözəlin portretlərini görməsi, Behzad məktəbi, 1479, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Uzun müddət yolu gözlənilən Bəhramın doğulmasından sonra, təlim və tərbiyə görməsi üçün onu ərəb hökmdarı Nemanın yanına göndərirlər. Nemanın göstərişi ilə yeni, möhtəşəm saray – Karnak inşa olunur. Bir gün sarayın otaqlarından birində Bəhram yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin portretlərini görür və aşiq olur.

Atasının ölümündən sonra Bəhram İrana qayıdır və taxta çıxır. Hakimiyyətə gəldikdən sonra Bəhram yeddi şahzadənin axtarışına başlayır, onları tapır və evlənir. O, memarlara yeni arvadlarının hər biri üçün möhtəşəm sarayların inşa olunmasını əmr edir. Memarlar bildirirlər ki, astrologiyaya görə yer kürəsinin hər hissəsi bir planetin idarəsi altındadır və Bəhrama məsləhət görürlər ki, sarayların hər birini gözəllərin gəldikləri ölkələrə təsir edən planetlərin rənginə uyğun bəzətdirsin. Əvvəl Bəhram bu təklifə şübhə ilə yanaşsa da, sonradan arvadları üçün belə sarayların inşa olunmasına razılıq verir. 200px|thumbnail|right|Dust Məhəmməd ibn Dərviş Məhəmməd Darxacı — Bəhram Gur Ağ sarayda İran gözəlinin hekayəsini dinləyərkən, 1636, İsfahan məktəbi, Əlyazmalar İnstitutu, Bakı İnşaat işlərinin tamamlanmasından sonra gözəllər öz saraylarında məskunlaşırlar. Bəhram həftənin hər gününü gözəllərdən birinin yanında keçirir: şənbə günü qara günbəzli sarayda Saturnun hökm etdiyi Hindistan gözəli ilə, bazar günü sarı günbəzli sarayda Günəşin hökm etdiyi TürkistanБороздина П. А. Очерки истории литератур народов СССР. — Издательство Воронежского университета, 1991. — С. 83. — 476 с. (Çin) gözəli ilə, Bazar ertəsi yaşıl günbəzli sarayda Ayın hökm etdiyi Xarəzm gözəli ilə, çərşənbə axşamı qırmızı günbəzli sarayda Marsın hökm etdiyi Slavyan gözəli ilə, çərşənbə günü firuzəyi günbəzli sarayda Merkurinin hökm etdiyi Məğrib gözəli ilə, cümə axşamı səndəl ağacı rəngli günbəzli sarayda Yupiterin hökm etdiyi Rum (Bizans) gözəli ilə və cümə günü ağ günbəzli sarayda Veneranın hökm etdiyi İran gözəli ilə. Bəhram gözəllərin yanına gələrkən onların saraylarının rənginə uyğun paltar geyinir. Şahzadələrin hər biri sarayın rənginin yaratdığı əhvala uyğun hekayələr danışır. Novella-hekayələrin hər birinin məzmunu sevgi olsa da, qara günbəzli saraydan ağ günbəzli saraya doğru irəlilədikcə kobud ehtiraslı sevgi, ülvi ilahi sevgiyə dəyişir.Бертельс. А. Е. Низами Гянджеви // Большая советская энциклопедия. — М.: Советская энциклопедия. Bəziləri bununla şairin insanın qaranlıqdan işığa, təmizliyə doğru keçməli olduğu yolu göstərdiyini düşünürlər. Təbii olaraq şah da bu yola keçərək yüksək mənəvi keyfiyyətlər qazanır. Acı, məğlubiyyət, xəyanət və digər hissləri yaşayan Bəhram macəra həvəskarı olan bir adamadan müdrik hökmdara çevrilir. Beləliklə, poemanın ikinci mövzu xətti yüngül xasiyyətli Bəhramın, özbaşınalıq və zorakılıqla mübarizə aparan ədalətli hökmdara çevrilməsidir.

Lakin, şahın öz arvadları ilə məşğul olduğu müddətdə illər keçir və onun vəzirlərindən biri taxtı ələ keçirir. Bəhram görür ki, onun hökmdarlığında işlər o qədər də yaxşı deyil, qonşu hökmdarlar isə onun dövlətinin ərazisini tutmağa çalışırlar. Baş verən hadisələri təhlil edən bəhram vəzirin bütün pis işlərin günahkarı olduğunu düşünür. O, qəddar vəziri ölüm cəzasına məhkum edir və ölkəsində qayda-qanun yaradır. Bundan sonra, Bəhram arvadları üçün inşa etdirdiyi yeddi sarayı tanrıya ibadət üçün yeddi zərdüştülük məbədinə çevirmək qərarına gəlir, özü isə ova çıxır və dərin mağarada itir. Mağarada vəhşi eşşəyi (gur) tapmağa çalışan Bəhram öz qəbrini (gor) tapır. +SıraHəftənin günüGöy cismiRəngÖlkəGözəlin adı1ŞənbəKeyvan (Saturn)qaraHindistanFurək2YekşənbəGünəşsarıRum (Bİzans)Humay3DüşənbəAyyaşılXarəzmNazpəri4SeşənbəMəğrib (Mars)qırmızıSlavyanNəsrinnuş5ÇərşənbəÜtarid (Merkuri)firuzəyiMəğribAzəryun6PəncşənbəMüştəri (Yupiter)səndəlÇinYəğmənaz7CüməZöhrə (Venera)ağİranDürsət thumbnail|Bəhram Gur və Slavyan gözəli (Qırmızı saray). 1431. Ermitaj, Sankt-Peterburq.

Yazılma tarixi və ithaf Poemanın yazılma tarixi mübahisəlidir. Baxmayaraq ki, Nizami Gəncəvi yaradıcılığının tacı hesab etdiyi "İskəndərnamə"ni 1202-ci ildə tamamlamışdır, məhz "Yeddi gözəl"in şairin son əsəri olması iddia edilir. Əsərin başlanğıcında Nizami Körpə Arslanın göndərdiyi qasidin gələrək şahın təklifini çatdırmasını təsvir edir. Bu poema qeyri-adi incəliyi ilə seçilməli idi. Sifarişin yaxşı yerinə yetiriləcəyi təqdirdə, şairə böyük hədiyyə də vəd olunmuşdu. Həmçinin, Nizamiyə mövzu seçimi azadlığı da verilmişdi.Бертельс Е. Э. Низами о художественном творчестве // Выдающиеся русские учёные и писатели о Низами Гянджеви / Составитель, автор предисловия и редактор Рустам Алиев. — Б.: Язычы, 1981. — С. 98–100.

Bu məlumata uyğun olaraq, poemanın bir neçə əlyazma nüsxəsində ("B" qruppası, bax: bölmə "Tərcümələr və nəşrlər") əsərin Marağa hakimi Əlaəddin Körpə Arslan ibn Ağsunqura itham olunması haqqında qeyd vardır..

Nizami 1208-ci ildə vəfat edib, əsərin tamamlanmasını isə

sözləri ilə ifadə edib ki, bu da hicri təqvimlə 14 ramazan 593-cü il (1197-ci ilin əvvəlləri) anlamına gəlir. Ola bilsin ki, bu məlumat dəqiqdir. Lakin, bəzi əlyazmalarda ("A" qrupu) əsərin ithaf edildiyi hökmdarın adı dəyişdirilib (və ya düz göstərilməyib); poemanın Qızıl Arslana ithaf edildiyi qeyd edilib.

Mənbələrdə XIII əsr ərəb coğrafiyaşünas-kosmoqrafı Zəkəriyyə əl-Qəzvini "Əcaib əl-məxluqat" (I redaksiya 1263-cü il, II redaksiya 1275-ci il) adlı əsərində "müdrik şair Əbu-Məhəmməd Nizami"nin ədəbi fəaliyyəti haqqında məlumat verir və "Yeddi gözəl" də daxil olmaqla şairin "misilsiz dörd poema (dastan)" yazmasını ("İskəndərnamə" qeyd edilmir) qeyd edir. "Xəmsə"nin "Yeddi gözəl" də daxil olmaqla ən qədim əlyazması 1400-cü ilə aiddir. Ən qədim nüsxəsi (1400) də daxil olmaqla, Nizaminin əsərlərinin əlyazmaları İsveçrə şərqşünası 1881-ci ildə Londonda nəşr edilmiş "Catalogue of the persian manuscripts in the British museum" adlı əsərinin ikinci cildində toplanmışdır.

XVII əsr fransız şərqşünası tərtib etdiyi "Bibliothèque Orientale" ensiklopediyasında (1697-ci ildə nəşr edilib) Nizami Gəncəvi haqqında yazılmış məqalədə şairin "Yeddi gözəl" ("Həft peykər") də daxil olmaqla üç poemasının adı qeyd edilir. Şairin əsərlərinin d’Erbelo tərəfindən təqdim edilən siyahısını Uilyam Cons da özünün "A grammar of the persian language" əsərində (London, 1775) təkrar etmişdir. Uzun müddət Osmanlı imperiyasında yaşamış baron özünün "The flowers of persian literature" adlı əsərində (London, 1801) məlumat verir ki, ser Con Şor 1794-cü ilin mayında Kəlküttə Asiya cəmiyyətində "The five poems of Nezzaumee" açıqlamasında şairin beş poemasını qeyd etdiyini yazır.

Tədqiqi

Əruz vəzninin Xəfif bəhrində yazılan "Yeddi gözəl" poeması müxtəlif hesablamalara görə 4637–5136 beytdən ibarədir.Nizami Gandjawi (англ.) // The Encyclopaedia of Islam / Edited by C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs and G. Lecomte. — Лейден, 1995. — Т. VIII. — С. 79. — ISBN 9004098348. Əsərin tənqidi nəşrinə yazdığı ön sözdə Almaniya şərqşünası Hellmut Ritter "Yeddi gözəl"i "yeni fars ədəbiyyatının ən yaxşı və ən gözəl eposu" kimi təsvir edir və eyni zamanda "şərqi hind-avropa ədəbiyyatının ən vacib bədii əsərlərindən biri" olduğunu göstərir. Poemanı yazarkən Nizami müxtəlif qədim mənbələrdən istifadə edib ki, onların da arasında Firdovsinin "Şahnamə"si və şairin çoban və sadiq olmayan it haqqında hekayəni götürdüyü güman edilən Nizam-əl-Mülkün "Siyasətnamə"sini qeyd edirlər. Ola bilsin ki, Nizami yeddi gözəlin danışdığı novellaları da yazarkən hansısa daha qədim ədəbi abidələrdən yararlanmışdır, lakin, məlum olan qədim şərq ədəbiyyat nümunələrinin heç biri ilə paralellər qurmaq mümkün olmamışdır.

Nizami tərəfindən yazılmış hekayələr sonrakı dövrdə farsdilli ədəbiyyat, şərq ədəbiyyatı və dünya ədəbiyyatının inkişafına ciddi təsir göstərmişdir. Məsələn, dördüncü (slavyan) şahzadənin söylədiyi qəddar şahzadə haqqında hekayə qərbdə Pöti de la Kruanın tərcüməsində "Turandot" adı ilə məşhur olsa daPöti de la Krua Les mille et jours (Paris, 1710–1712) adlı külliyyatını İran səfəri zamanı tərtib etmişdir. Turandot mövzusunun ən ilkin fars nəsr versiyası Ovfinin Nizaminin ölümündən qısa müddət sonra tərtib etdiyi "Hekayələr külliyyatı"ndadır., müəllifin Nizami olduğu bilinməmişdir. 230px|thumbnail|left|Bəhram Gur Qara sarayda Hindistan gözəlinin hekayəsini dinləyərkən, 1548, Şiraz məktəbi, Frir Sənət Qalereyası Nizaminin əsərləri də daxil olmaqla, şərq ədəbiyyatının qərb ədəbiyyatına tədqiqini İtaliya tədqiqatçısı İtalo Piççi tədqiq etmişdir. "Storia de la poesia persiana" adlı əsərinin (Turin, 1894) ikinci cildində Piççi Bəhram Gurun vəhşi eşşəyi qovarkən ölməsi hekayəsi ilə , paqan qot əfsanəsində qotların kralı Böyük Teodorixin Ravennadakı səmavi saraydakı kral ziyafəti üçün tanrı Votanın qara atını kəsməsi arasında paralel qurur. Piççinin digər iddiası isə, Nizaminin rus hökmdarının (eyni zamanda Turan hökmdarının) qızı haqqında hekayəsi ilə bağlıdır. Belə ki, o, tərəfindən yazılmış dramının əsasında duran və sonradan Fridrix Şiller tərəfindən işlənmiş süjetin Nizaminin "Yeddi gözəl" poemasından yox "Min bir gecə" nağıllar toplusundan götürüldüyünü yazır. O, "Yeddi gözəl"in daha yaxın təsirlərindən bəhs edərkən əsərin Covanni Bokkaççonun povestinin yazılmasında təsirli olduğunu vurğulayır. Belə ki, həmin povestdə gənc ovçu olan Ameto hər biri müxtəlif rəngli paltarlar geyinmiş yeddi gözələ vurulur və gözəllər ona sevgi haqqında hekayələr söyləyirlər. Bununla belə, Piççi qeyd edir ki, bu qədim şərq süjeti siciliyalı ərəb ibn Zaferin (XII əsr) toplusunda da yer almışdı.

"Yeddi gözəl" erotik ədəbiyyatın şah əsərlərindən biri hesab edilir, bununla belə, əsərdə xeyli əxlaqi fikirlər də yer almışdır. İslam Ensiklopediyasında görə Nizami yenilikçi xüsusiyyətinə sadiq qalaraq, mümkün qədər erotik məzmunu məhdudlaşdırmış, daha çox hedonistik zövqlərə — dövlətin idarə olunmasındakə məsuliyyətə diqqət çəkməyə çalışmışdır. Baxmayaraq ki, şair şahın kef məclislərini təsvir edir, poemanın əsas məzmunu fiziki ehtirasın yalnız ərdəmli, sadə və mehriban işlərə istiqamətləndiriləcəyi təqdirdə əsl zövq verəcəyini göstərməklə bağlıdır. 230px|thumbnail|right|Bəhram və öküzü qaldıran Fitnə, 1570-ci illər, Təbriz məktəbi, Bodlian kitabxanası, Oksford Universiteti.