Qafur Yunis oğlu Quləhmədov (, , həmçinin Quləhmədiyev, ) və ya Əbdülqafur Quləhmədov (, ; ) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi.
Həyatı Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir.
1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur. Fəhlə tətillərinə qoşulan Quləhmədov inqilabçı ədəbiyyatının nümunələrini tatar dilinə tərcümə etmişdir ki, ilk tərcüməsi 1903-cü ildə nəşr olunmuşdur. Quləhmədov 1905-ci ildə Rusiya imperiyasının hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir.
1905–1906-cı illərdə o, azad mətbuatın bərpa olunması uğrunda mübarizə aparmışdır. Onun yaxın dostu və həmkarı Tatarıstan inqilabçısı bolşevik Hüseyn Yamaşev idi.
Əbdülqafur Yunis oğlu Quləhmədov 1 aprel 1918-ci ildə Rusiya imperiyasının Penza quberniyasının Kranoslobodsk mahalının ərazisinə daxil olan Yenə kəndində 36 yaşında vəfat etmişdir.
Yaradıcılığı Onun ədəbi yaradıcılıq fəaliyyəti 1905-ci ildə gerçəkləşən inqilab zamanı başlamışdır.
Onu ilk pyesi – «İke fiker» (, ; 1906, 1929-cu ildə çap edilmişdir) iki ideyanın – qırmızı və qaranın mübarizəsini yarım simvolik bir şəkildə təmsil edirdi ki, bu mübarizədən "qırmızı fikir", yəni proletar inqilab qalib çıxır. Onun bu əsəri Rusiya imperiyasının vəzifələrinin səyi nəticəsində qadağan edilmişdir. Bu əsər yalnız Oktyabr inqilabında sonra işıq üzünə çıxardılımışdı. Onun senzuraya məruz qalmış digər əsərləri «Kem qayepli» (, ) və «Abu-Cexl» (, ) idi. Məzmun baxımdan din əleyhinə olan «Abu-Cexl» nəşr prosesinin yarısı bitmişdən senzuraya məruz qalmışdır. 1906-cı ildə o, «Uçurdulmuş dalğaqıran» () adlı şeirini nəşr etmişdir. Bu şeir xalqı Çarizmə qarşı mübarizəyə çağırırdı.
Müəllifi olduğu və 1908-ci ildə nəşr edilmiş «Yaş qumer» (, ) pyesi inqilabçı gənclərin həyatını təsvir edir. Quləhmədov Tatarıstan ədəbiyyatına proletar əsərləri təqdim edən ilk yazıçı olmuşdur.
Əlavə olaraq, Əbdülqafur Quləhmədov bir neçə hekayə və qəzet məqalələri yazmışdır.
Mənbə İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Qafur Quləhmədov — www.kazan.ws saytında.
Kateqoriya:Tatar yazıçılar Kateqoriya:Tatar şairlər Kateqoriya:Tatar dramaturqlar Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri