Təkamül qülləsi () — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən 255 metr hündürlüyündə, 55 mərtəbəli tikili.

2019-cu ilin siyahıya alınmasına görə Rusiya göydələnləri sırasında 10-cu yeri tutur. Kompleksin ümumi sahəsi 154 min m²-dir. Ofislərə 94 min m² sahə ayrılmış, onlardan 79 min m² hissəsi icarəyə, 14,7 min m² hissəsi isə ticarət payına düşür. Tarixi Əvəllcə Aleksandr Çiqirinskinin "Sneqiri" və Yelana Batruvanın "İnteko" layihələrinə görə paytaxtda ən böyük Şadlıq sarayı tikilməsi planlaşdırılırdı, lakin 2008-ci ildə baş verən böhran layihəi dayandırdı.

2010-cu ildə "İnteko" öz payını Viktor Raşnikov və onun tərəfdaşı Naderə satdı. Və bundan sonra Şadlıq sarayı ideyası nəzərən iş komponenti üstün tutularaq ofis qülləsinin layihəsi hazırlandı.

2011-ci ildə göydələnin tikintisi başlanılır və 2014-cü ildin dördüncü rübündə qüllə tam istifadəyə verilir. Qalereya

Həmçinin bax Avropanın ən hündür binalarının siyahısı İstanbul yaqutu (göydələn) Laxta-mərkəz

İstinadlar

Kateqoriya:Göydələnlər