Eesti Liinirongid AS, ticari adı Elron (2013-ci ilə qədər Elektriraudtee AS) — Estoniya dövlət şirkəti, Tallin və Haryumaa şəhərlərində gediş qatarlarının eləcə də Estoniyada çalışan dizel qatarlarının operatoru. Şirkətin baş qərargahı Tallində yerləşir.
Tarixi Səhmdar cəmiyyət olan Elektriraudtee 23 dekabr 1998-ci ildə Estoniya Dəmiryolunun (Eesti Raudtee) yenidən qurulması və özəlləşdirmə proqramına uyğun olaraq ayrılması nəticəsində təşkil olunmuşdur. Elektriraudtee şirkəti təşkil olunarkən onun səhmlərinin 100 % Eesti Raudtee mənsub idi. 15 noyabr 2000-ci ildə isə onun bütün səhmləri Estoniya hökumətinə həvalə edilir.
Rəhbərlik 2012-ci ilin əvvəllərinə kimi şirkət səhmlərinin 100 % Estoniya İqtisadiyyat və Rabitə Nazirliyinə məxsus idi.
Şirkətin rəhbəri Andrus Ossip idi.
thumb|Elektriraudtee şirkətinə aid olan elektrikli qadar Tallin voğzalında
Fəaliyyət 2014-cü ildən etibarən şirkət Tallində və paytaxt ətrafı qəza olan Haryumaada elektrikləşdirilmiş marşrutlarda nəqliyyatın təşkilində, habelə elektrikləşdirilməmiş marşrutlarda şəhərlərarası nəqliyyatda ixtisaslaşmışdır. 2009-cu ildən etibarən Elektriraudtee 8 maşrutdan iki əsas istiqamətdə daşımaları həyata keçirir - şərq və qərb (elektriklənmiş dəmir yollarının ümumi uzunluğu 131,6 km): Tallin — Aeqviydu — Tallin; Tallin — Riyzipere — Tallin; Tallin — Paldiski — Tallin; Tallin — Klooqa-Rand — Tallin; Tallin — Keyla — Tallin; Tallin — Pyaeskyola — Tallin.
1 yanvar 2014-ci ildə daxil edilmiş elektrikləşdirilməmiş maşrutlar: Tallin — Vilyandi — Tallin; Tallin — Tyuri — Tallin; Tallin — Rapla — Tallin; Tallin — Pyarnu — Tallin (8 dekabr 2018-ci ildə yolların qeyri-qənaətbəxş olması səbəbiylə mçaşrut ləğv edildi); Tallin — Tartu — Tallin; Tartu — Valqa — Tartu; Tartu — Koydula — Tartu; Yıqeva — Tartu — Yıqeva; Tallin — Narva — Tallin; Tallin — Rakvere — Tallin (1 iyun 2014-cü ildən).
2013-cü ilin iyul ayına qədər şirkət parkının əsasını 1970-ci illərdə Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ER2 və ER12 elektrik qatarları olmuşdur. Bu qatarlar modernləşdirilsə də, texniki və mənəvi köhnəlmə səbəbi ilə Stadler Rail qatarları ilə əvəzlənmişdir. 2014-cü il yanvarın 1-dən etibarən şirkət eyni eyni şirkətin dizel qatarlarınıda almışdır.
Fəaliyyət göstəriciləri 2009-cu ildə şirkətin elektrikli qatarları ilə 3,08 mln səfər təşkil etmişdir (2009-ci ilin analoji dövrü ilə müqayisədə 6 % az).
Şirkət gəlirləri 2010-cu ildə 34,5 mln kron (2009-cu ildə — 35,7 mln kron), xalis gəlir — 757,2 min kron (2009-ci ildə 3,7 mln kron).
İstinadlar
Mənbə Şirkətin rəsmi saytı
Kateqoriya:Estoniyada dəmiryol nəqliyyatı