thumb|Orta əsrlərdə bir çox ixtiraçı insanın diri-diri basdırılması və bundan sonra baş verən proseslər haqqında müxtəlif araşdırmalar aparmışdılar.
Tafofobiya — Şəxsin diri-diri basıdırılmaqdan və ya məzarda ayılmasından qorxması, fobiyaların bir növü. Yunancadan τάφος - taphos, "məzar, qəbir"τάφος , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus və φόβος - phobos, "qorxu"φόβος , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus sözlərinin tərcüməsindən formalaşaraq məzar qorxusu, qəbir qorxusu anlamına gəlməkdədir.".Dietrich H. "Taphophobia and resurrection mania", Schweizer Arkiv für Neurologie, Neurochirurgie und Psychiatrie. 1977;120(2):195–203
Məlumat
Müasir tibb elminin formalaşmasına qədər qorxu hissi tamamilə irrasional hesab olunmurdu. Tarix ərzində insanların diri-diri basdırılmasını əks etdirən onlarla fakt mövcud olmuşdur və bu üsul əsasən qiyamçılara və əsir edilmiş düşmən əsgərlərinin cəzalandırılması zamanı ağır bir metod kimi istifadə olunmuşdur. İngilis reformçu Uliyam Teb vəfat etməmiş şəxslər üçün təşkil edilən cənazə mərasimləri ilə bağlı kiçik bir araşdırma gerçəkləşdirmişdir və əldə etdiyi nəticəyə görə 219 diri-diri basdırılma, 149 həqiqi canlı məzar və 2 nəfərin məzarda ayılması faktının baş verdiyini müəyyənləşdirmişdir.
İstinadlar
Kateqoriya:Fobiyalar Kateqoriya:Ölüm