Billava nekropolu — Billava kəndinin xarabalıqlarından şərqdə, hündür təpənin üzərində yerləşir.
Haqqında Nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çay daşları ilə əhatə edilmiş, bəzilərinin isə üzəri tamamilə daşla qapadılmışdır. Nekropolun ərazisindən Orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Billava nekropolu yaşayış yeri ilə həmdövr olub IX–XX əsrlərə aiddir.
Əhəmiyyəti Nekropolda aparılan tədqiqatlar IX–XX ərslərdə Azərbaycanda nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
İstinadlar
Kateqoriya:Şərur rayonunun nekropolları