Biləv yaşayış yeri — İndiki kəndin müasir tikintilərinin altında qalmışdır. Kəndin ətrafında Ağacannı, Çayqatışan, Şır-Şır, Əmircanlı, Xəlfəli və s. yer adları var. Kəndin içərisində mədəni təbəqənin qalınlığı 0,5–1,5 m arasındadır. Aşınma nəticəsində dağılan mədəni təbəqədən şirli və şirsiz saxsı məmulatı, о cümlədən Orta əsrlərə aid saxsı qəlyan, çıraq, küpə və nimçə tipli qabların parçaları aşkar olunmuşdur. Biləv kəndinin ətrafında Orta əsrlərə aid dörd qəbiristanlığın olduğu müəyyən olunmuşdur. Kəndin içərisində yerləşən qala əhalinin düşmən hücumlarından mühafizə olunmasında istifadə olunmuşdur. XVIII əsrə aid körpünün qalıqları da hazırda Biləv kəndində qalmaqdadır. Arxeoloji materiallara əsaslanaraq demək olar ki, kəndin əsası ilk orta əsrlərdə, təqribən V–VII əsrlərdə qoyulmuş, sonrakı dövrlərdə isə inkişaf etmiş yaşayış məntəqəsi olmuşdur.

İstinadlar

Kateqoriya:Ordubad rayonunun qədim yaşayış yerləri