thumb|250px|Tokionun Qotanda bölgəsində yerləşən bir izakaya. – Yaponiya barlarının bir növü. İrland barları, tapaslar və meyxanalar ilə müqayisə olunur. "İzakaya" sözü yapon dilində "i" (qalmaq) və "sakaya" (sake dükanı) sözlərinin birləşməsindən yaranmışdır.* Bəzən izakayalara "akaçoçin" (qırmızı lampa) da deyirlər, çünki onların qabağında çox vaxt qırmızı lampalar asılır.

İzakayalar ilk dəfə Edo dövründə ortaya çıxmağa başlamışdır. İzakaya haqqında ilk beynəlxalq xəbər 1962-ci ildə verilmişdir."Bobby Regales Japanese with Song Rendition" Monroe Morning World (6 February 1962): 11. via Newspapers.com

İzakayalar meyxana və barlara oxşayırlar, lakin aralarında bəzi fərqlər var. İzakayalarda insanlar tatamilərdə oturub içkilərini içirlər. Bundan əlavə, bəzi izakayalar müştəriləri üçün taçi-nomi (dur-iç) stili də təklif edirlər. Bu stildə müştərilər içkilərini ayaqüstə içirlər. Müştərilərə oşibori adlı dəsmal da verilir. Oşibori qışda isti, yayda soyuq halda verilir. Menyular ya masaya qoyulur, ya da divardan asılır. Sifariş masaya gətirilir və sifarişçilər arasında bölüşdürülür.

İzakayalarda əsas 2 format geniş yayılmışdır: tabe-hoday (nə qədər yeməyi bacarırsan) və nomi-hoday (nə qədər içməyi bacarırsan). Bu formatlarda müştəri müəyyən qiymət ödəyir və müəyyən zaman limitində (2-3 saat) istədiyi qədər içki və yemək sifariş edə bilir. Adətən əvvəlcə edamame və hiyayakko, daha sonra yakitori və kara-aqe, axırda isə düyülü və ya əriştəli yemək sifariş edilir.How to Izakaya – Kampai! : Kampai! . Kampai.us. Retrieved 24 May 2014.

İzakayalarda əsasən bu içkilər təklif edilir: sake, pivə, şoçu, çuhay, şərab, viski. Əsas sifariş edilən yeməklər isə bunlardır: edamame, qoma-ae, karaaqe, kuşiyaki, salatlar, saşimi, tabesaki, tofu, hiyayakko, aqedaşi dofu, tsukemono, yakisoba, yakitori, oçazuke.

İzakayaların müxtəlif növləri var. 2000-ci illərdən etibarən kospley izakayaları populyar olmuşdur. Kospley izakayalarında işçilər kostyumlar geyinirlər, bəzən şou da təşkil edirlər. Oden verməkdə ixtisaslaşmış izakayalar isə oden-yalardır. Robatayakilərdə isə aşpaz yeməkləri sərbəst şəkildə hazırlayıb qoyur və müştərilər istədikləri yeməyi seçib götürürlər. Yakitori bişirməkdə ixtisaslaşmış izakayalar isə yakitori-ya adlanır.

İzakayalar bir çox manqa və qekiqaya mövzu olmuşdur.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yapon restoranları Kateqoriya:Növlərinə görə restoranlar Kateqoriya:Yaponiya mədəniyyəti Kateqoriya:Yapon dilində sözlər və ifadələr