Montenegro Airlines (, rəsmi adı — Montenegro Airlines d.o.o.) — Monteneqronun ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. İlin mövsümlərindən asılı olaraq Avropanın bir çox şəhərlərinə mütəmadi və çarter reysləri təşkil edir. Şirkətin bütün uçuşları beynəlxalqdır. Ölkənin iki hava limanı beynəlxalq uçuşları qəbul etmək imkanına sahibdir — Tivat və Podqoritsa. Hər iki hava limanı arasında məsafə 80 km-dir.
Tarixi thumb|right thumb|right|Fokker 100 thumb|right Avia şirkət 23 oktyabr 1994-ci ildə Monteneqro hökuməti tərəfindən (o zamanlar Yuqoslaviyanın bior parçası idi) təşkil olunur. Ancaq ilk təyyarə isə Fokker F28 1996-cı ilin payızında alınır. İlk uçuş isə 7 may 1997-ci ildə, 22:30 radələrində gerçəkləşdirilir. Uçuş Podqoritsa ilə İtalyanın Bari şəhəri arasında baş tutur. İkinci eyni növ təyyarə isə 1998-ci ilin iyununda alınmışdır.
Avropa Birliyi səmasında uçuşlara müvəqqəti qadağa 23 oktyabr 1999-cu ildə aradan qaldırıldı. Uçuşlar Frankfurta, ilin sonunda isə Zürix, Lyublyana, Skopye, İstanbul və Budapeştə açıldı. 2000-ci ilin aprelində Montenegro Airlines Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının üzvü olmuşdur. Həmin ilin iyununda Podqoritsaya Fokker F100 təyyarəsi gətirilir. İkinci təyyarə isə 2001-ci ilin mayında, 3-cü isə 2002-ci ilin iyununda əldə edilmişdir. 2004-cü ildə şirkətin pilotları IIIA sertifikatları alır.
Referendum sonrasında Monteneqro müstəqil dövlətə çevrilir. Şirkət üçün Serbiya beynəlxalq əməkdaşlıq obyekti olur. Aviaşirkət bu ölkədən uçuşları dayandırmağa məcbur olur. Beləliklə Serbiya hökumətinin proteksionist siyasətinə görə Niş-Sürix kimi faydalı xətlər itirilir. İtkiləri aradan qaldırmaq məqsədi ilə Serbiyada Master Airlines adlı törəmə şirkət qurur.
23 iyul 2007-ci ildə şirkət 8 illiyinə kredit almaqla 2 Embraer 195 təyyarəsini alır. İlk təyyarə Podqoritsaya 5 iyun 2008-ci ildə gətirilirArgentina.com :: Internet Gratis, e-Mail, Turismo, y mucho más. Bu təyyarələr sayəsində London Milan reysinə start verilir.
16 sentyabr 2008-ci ildə şirkət 31 mln dollara Embraer 195 təyyarəsini aldığını bəyan edir.
Hal-hazırda Montenegro Airlines özəlləşdirmə prosesindədir. Başlanğıc kimi şirkətin 30 % səhmləri təklif olunur. Ən çox ehtimal olunan tərəfdaş isə Avropa Yenidənqurma və İnkişaf Bankıdır. Gələcəkdə bütün şirkətin özəlləşdirilməsi ehtimal edilir. Maşrutlar
Avstriya Vyana (Vyana Beynəlxalaq Hava limanı) Ermənistan İrəvan (Zvartnots Beynəlxalq Hava Limanı) Fransa Paris (Şarl de Qoll Hava Limanı) Almaniya Frankfurt-Mayn (Frankfurt Hava Limanı) Macarıstan Budapeşt (Ferens List adına Budapeşt Beynəlxalq Hava Limanı) İtaliya Milan (Malpensa Hava Limanı) Roma (Leonardo da Vinçi adına Beynəlxalq Hava Limanı) Rusiya Moskva (Domadedova Hava limanı) Sankt-Peterburq (Pulkovo Hava limanı) Kalininqrad (Xrabrovo Hava limanı) Serbiya Belqrad (Nikola Tesla hava limanı) Niş (Böyük Konstantin Hava limanı) Sloveniya Lyublyana (Joze Puçnik adına Beynəlxalq Hava Limanı) İsveçrə Sürix (Sürix hava limanı) Böyük Britaniya London (Qatvik) Şimali Makedoniya Skopye (Skopye Beynəlxalq Hava Limanı) Danimarka Kopenhagen Kosovo Priştina (Priştina Beynəlxalq Hava Limanı)
Donanma
2018-ci ilin iyun ayına olan məlumata əsasən şirkətin donanması:
2 Fokker 100 təyyarəsi 3 Embraer 195 təyyarəsi
Hadisələr
7 yanvar 2008-ci ildə, təxminən saat 9:30-da Podqoritsa hava limanına Fokker 100 təyyarəsi eniş edərkən odlu silah səsi gəlir. Güllə təyyarənin quyruğuna dəyir. 20 sərnişin və ekipaj üzvündən heç biri xəsarət almır. Hadisənin təfərrüfatı bilimir. Lakin məruzələrdə Milad bayramını qeyd edənlər tərəfindən səmaya atılan atəş olması bildirilir.
İstinadlar
Mənbə Şirkətin rəsmi saytı
Kateqoriya:Monteneqro şirkətləri