İnqrid Visser (; ) — Niderland voleybolçusu.
Həyatı İnqrid Visser 4 iyun 1977-ci ildə Niderlandın Quda şəhərində (Cənubi Hollandiya) anadan olub.
İnqrid voleybolçu karyerasına 1984-cü ildə "Nesselande" komandasında başlayıb. O, mərkəz blokçusu mövqeyində çıxış edirdi. 1994-cü ilin oktyabr ayında Niderland yığma komandasında debüt edib, bir il sonra isə Avropa çempionatında qızıl medal qazanıb. 1996-cı il Atlanta Olimpiadasının iştirakçısıdır.
2007-ci ildə Avropa çempionatının gümüş medalını, 2009-cu ildə isə Dünya Qran-prisinin qızıl medalını qazanıb. Ümumilikdə Visser Niderland yığmasında 514 oyun keçirib ki, bu da rekord göstəricidir. O, eyni zamanda komandanın kapitanı idi.
2013-cü ilin mayında İnqrid və onun sevgilisi Lodeviyk Severeyn İspaniyada itkin düşüblər. Bir neçə gün sonra Mursiya yaxınlığında cütlüyün cəsədləri tapılıb. İspaniya polisi iki Rumıniya vətəndaşını və əsas sifarişçi kimi adı hallanan "Mursiya 2005" klubunun sabiq meneceri Xuan Kuenkanı qətldə şübhəli qismində saxlayıb. Qətlin əsas səbəbi kimi voleybolçunun mərmər biznesinə aidiyyatı hesab olunur.
Nailiyyətləri Avropa çempionu: 1995 Voleybol üzrə dünya Qran-prisinin qalibi: 2007 Niderland çempionu: 1995-96, 1996-97, 2007-08 Niderland kubokunun qalibi: 1995-96, 1996-97, 2007-08 İspaniya çempionu: 2002-03, 2003-04, 2004-05, 2005-06 İspaniya Kraliçası Kubokunun sahibi: 2003-04, 2004-05, 2005-06, 2009-10, 2010-11 İspaniya superkubokunun sahibi: 2003, 2004, 2005, 2009, 2010 Çempionlar Liqasının qalibi: 2003-04 CEV Kubokunun qalibi: 2000-01
İstinadlar
Xarici keçidlər
Sports-reference.com saytında profili
Kateqoriya:Niderland voleybolçuları Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:İspaniyada vəfat edənlər Kateqoriya:Azərbaycanda legioner Niderland idmançıları