Sofiko Çiaurelinin heykəli – Gürcüstan aktrisası Sofiko Çiaurelinin (1937–2008) xatirəsini əbədiləşdirmək üçün Tbilisinin Qədim şəhər rayonundakı Sioni bağında ucaldılmış bürünc heykəllər qrupudur.

Tarixi Heykəltəraş Levan Vardosanidze tərəfindən hazırlanmış heykəlin açılışı 2009-cu ildə olmuşdur. 2014-cü ildə abidə vandalların hücumuna məruz qalmış və bürünc fiqurların bir neçəsi oğurlanmışdır.

Təsviri Abidənin mərkəzində yerləşən Çiaurelinin bürünc büstü, aktrisanın "Narın rəngi" (rejissor Sergey Paracanov) filmindəki obrazı əsasında hazırlansa daКадр из фильма Параджанова "Цвет граната", "Dilək ağacı" filmindən Fufala, "Veri məhəlləsinin melodiyası" filmindən paltaryuyan Vardo, "Həyətdə qızğın it var" tamaşasından küçə uşağı və kintauri rəqqas obrazları ilə tamamlanmışdır.

İstinadlar

Ədəbiyyat Артём Синцов Грузия пешком. Самые интересные прогулки по Грузии. Москва: Издательство "Эксмо", 2018. 256 с. ISBN 978-5-04-090136-4

Xarici keçidlər Sofiko Çiaurelinin heykəli Ətrafın panoramı

Kateqoriya:Tbilisidəki heykəllər Kateqoriya:Gürcüstandakı büstlər