thumb|right|200px|Red Bull Rinq trası
Avstriya Qran-prisi () - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir.
Ümumi məlumat İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı.
1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir. 1987-ci ildə FİA yenidən standartlara cavab vermədiyinə görə qran-prini təqvimdən çıxartdı.
Sonrakı illərdə Österrayxinq trasında yeniliklər edildi. Uzunluğu 6 kilometrdən 4-ə azaldıldı. Döngələrdə və tribunlarda əlavələr edildi, adı A1-Rinq (sonradan Red Bull Rinq) olaraq dəyişdirildi.
90-cı illərin ikinci yarısı və yeni əsrin əvvəllərində Avstriya qran-prisi dünya çempionatının ən maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlardan biri idi.
1998, 2001 və 2002-ci ildə qran-pridə Ferrari komandası ilə bağlı rezonans doğuran hadisələr baş verdi. Beləki müvafiq qolaraq Eddi İrvayn vĕ iki dəfə Rubens Barrikello finiş xəttinə az qalmış boksun qərarı ilə yerlərini komandanın lideri Mihael Şumaxerə buraxırlar. Bu Qran-prinin nüfuzuna böyük zərər vurur. Yarış 2004-cü ildə 3-cü dəfə təqvimdən çıxarılır.
2014-cü ildən etibarən Avstriya halqası dünya çempionatının mərhələləri sırasına qaytarıldı.
Qaliblər
Pilotlar Qələbə sayı Pilot İl 3 Alen Prost 1983, 1985, 1986 2 Ronni Peterson 1973, 1978 Alan Cons 1977, 1979 Mika Hakkinen 1998, 2000 Mihael Şumaxer 2002, 2003 Niko Rosberq 2014, 2015 Valtteri Bottas 2017, 2020 Maks Ferstappen 2018, 2019 1 Cek Brebem1963 Lorenso Bandini1964 Jaki İks1970 Yo Ziffert1971 Emerson Fittipaldi1972 Karlos Royteman1974 Vittorio Brambilla1975 Jan Piyer Jabui1980 Jak Laffit1981 Elio de Anjelis1982 Niki Lauda1984 Naycell Mensel1987 Jak Vilnyov1997 Eddi İrvayn1999 Devid Kulthard2001 Lyuis Hemilton2016
Komandalar
Qaliblər Komandalarİl 6 McLaren 1984, 1985, 1986, 1998, 2000, 2001 5 Ferrari 1964, 1970, 1999, 2002, 2003 4 Lotus 1972, 1973, 1978, 1982 Mercedes 2014, 2015, 2016, 2017 3 Williams 1979, 1987, 1997 2 Brabham 1963, 1974 Renault1980, 1983
İstinadlar formula.com - Avstriya Qran-prisi 2019 redbull.com Avatriya Qran-prisi faktları austrian-grand-prix.club
Həmçinin bax "Formula-1" Qran-pri siyahısı
Kateqoriya:Formula 1 Qran-priləri