Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl

1601–1900

1901–cari 1970 — İlk Yer Günü elanı San Fransisko meri Cozef Alioto tərəfindən edilib. 1986 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2006 — Twitter sosial şəbəkəsi təsis olunub. 2020 — Anqola, Eritreya, Şərqi Timor və Tayvanda ilk dəfə COVID-19 qeydə alınıb.

Azərbaycana aid hadisələr 1735 — Çar Rusiyası və Səfəvilər arasında Gəncə müqaviləsi imzanlanmışdır.

Doğumlar 1600-cü ildən əvvəl 1551 — Bavariyalı Anna Mariya, Avstriya hersoqinası

1601–1900 1768 — Jozef Furye, Fransa riyaziyyatçısı 1839 — Modest Musorqski, Rusiya bəstəkarı 1864 — Nikolay Çxeidze, Gürcüstan siyasətçisi

1901–cari

1906 — Səməd Vurğun, Azərbaycan şairi 1914 — Hüseynağa Sadıqov, Azərbaycan aktyoru 1915 — Alıqul Osmonov, Qırğızıstan şairi 1920 — Ağa Mehdiyev, Azərbaycan boyakarı 1924 — Aşıq Mikayıl Azaflı, Azərbaycan aşığı 1931 — Jan Verden, Fransa yazıçısı 1933 — Rübabə Muradova, Azərbaycan müğənnisi 1935 — Zülfü Hacıyev, Azərbaycan deputatı 1936 — Mehdi Təbatabai, İran din xadimi 1945 — Sitarə Rəhimova, Azərbaycan tətbiqi incəsənət ustası 1950 — Sergey Lavrov, Rusiya dövlət xadimi 1955 — Jair Bolsonaru, Braziliya prezidenti 1958 — Qari Oldmen, İngiltərə aktyoru 1961 — Lotar Matteus, Almaniya futbolçusu 1962 — Mart Nutt, Estoniya deputatı 1963 — Ronald Kuman, Niderland futbolçusu və baş məşqçisi 1966 — Orxan Fikrətoğlu, Azərbaycan yazıçısı 1980 — Ronaldinyo, Braziliya futbolçusu 1993 — İbarət Əkbərov, Azərbaycan əsgəri

Ölümlər 1600-cü ildən əvvəl

1601–1900 1849 — Jan Peske, Fransa boyakarı 1864 — Lük Hovard, Böyük Britaniya kimyagəri

1901–cari thumb|Aleksandr Qlazunov

1913 — Arçil Cordcadze, Gürcüstan siyasətçisi 1921 — Vasili Stalin, Rusiya pilotu 1936 — Aleksandr Qlazunov, Rusiya bəstəkarı 1938 Con Beyts Klark, ABŞ iqtisadçısı Mirzə Davud Hüseynov, Azərbaycan siyasətçisi 1953 — Aleksandr Yakubovski, Rusiya şərqşünası 1956 — Hatı Çırpan, Türkiyə deputatı 1973 — Aşıq Veysəl, Türkiyə ozanı 1992 — Səfiyar Behbudov, Azərbaycan kiçik leytenantı, Azərbaycanın Milli Qəhrəmanı 2012 — Bruno Cakometti, İsveçrə memarı 2018 — Anna-Liza, Norveç aktrisası 2021 — Ramiz Məmmədov, Azərbaycan aktyoru

Bayramlar və xüsusi günlər Beynəlxalq Meşələr Günü Ümumdünya Daun Sindromu Günü Birləşmiş Millətlər Təşkilatı — Dünya Poeziya Günü Azərbaycan — Novruz bayramı Portuqaliya — Ağac əkilməsi günü Rumıniya — Olteniya Günü Tunis — Gənclər Günü

İstinadlar

*0321 Kateqoriya:Mart Kateqoriya:21 mart