Bako Sahaki Sahakyan (, ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi.

Həyatı Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu. 1999-cu ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Daxili İşlər naziri seçilib. 2001-ci ildən 2007-ci ilin iyununa qədər Dağlıq Qarabağın təhlükəsizliyinə rəhbərlik etmiş,Voters in rebel Karabakh elect new president Eastern Europe, Russia and Central Asia 2004 — Page 132 by Taylor & Francis Group, Imogen Gladman 2007-ci ildə Dağlıq Qarabağda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün istefa vermişdi. 2023-cü il oktyabr ayının 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.

2026-cı ilin fevralında 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Dağlıq Qarabağ Respublikasının Prezidentləri Kateqoriya:Erməni məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan) Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Ermənistan milliyyətçiləri