Arkadi Qukasyan (; ) — Qondarma Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti. 8 sentyabr 1997-ci ildə prezident seçilib və 2002-ci ildə yenidən seçilib, onun prezidentlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatdı.
Həyatı Arkadi Qukasyan 1957-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirmişdir. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi başlayıb.
1991-ci ildə Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk parlamentinə seçildi. 1992-ci ilin sentyabr ayında Dövlət Müdafiə Komitəsinin sədri təyin olundu və ATƏT-in Azərbaycanla görüşləri zamanı Dağlıq Qarabağın nümayəndə heyətlərinə rəhbərlik etdi.
1993-cü ildən Dağlıq Qarabağın Təhlükəsizlik Şurasına üzv olmuşdur. 1993-cü il iyulun 23-də Dağlıq Qarabağ Respublikasının ilk xarici işlər naziri olmuşdur.
2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxdı. Yaxın vaxtlarda müdafiə naziri vəzifəsini yerinə yetirən Samvel Babayana hücum təşkil etməkdə günahlandırıldı və 14 il həbs cəzasına məhkum edildi.
2023-cü il oktyabrın 3-də o, DQR-in digər keçmiş rəhbərləri ilə birlikdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya aparılıb..
2026-cı ilin fevralında 65 yaşına çatdığı nəzər alınaraq, 20 il müddətinə azadlıqdan məhrum edilib.
İstinadlar
Kateqoriya:Erməni siyasətçilər Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Dağlıq Qarabağ Respublikasının Prezidentləri Kateqoriya:Erməni məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar