Qolkar Partiyası və ya Funksional Qruplar Partiyası () İndoneziyada siyasi partiyadır. 1964-cü ildə Sekber Qolkar (Sekretariat Bersama Golongan Karya, Funksional Qrupların Birgə Katibliyi) kimi quruldu və ilk dəfə 1971-ci ildə Qolkar (Golonqan Karya, Funksional Qruplar) kimi iştirak etdi. O ərəfədə Qolkar bir siyasi partiya deyildi. 1999-cu ildə məcburi yeni seçki qanunu ilə qruplar özünü siyasi partiya kimi müəyyənləşdirdi.

Qolkar 1971-ci ildən 1999-cu ilə qədər İndoneziyada hökumət qrupu idi, Prezident Suxarto və Buharuddin Yusuf Habibi, daha sonra prezidentlər Abdurrahman Vahid, Meqavati Sukarnoputri və Susilo Bambanq Yudhoyono rəhbərliyindəki iqtidar koalisiyalarına qoşulur.İndoneziya Demokratik Mübarizə Partiyasından prezident Coko Vidodo 2014-cü ildə seçildiyi zaman, Qolkar əvvəlcə keçmiş general Prabovo Subianto rəhbərliyi ilə keçmiş müxalifət koalisiyasına qoşulub, lakin 2016-cı ildə Vidodonun hökumətinə bağlılığını bildirdi.

İstinadlar Kateqoriya:Antikommunist partiyaları Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Milli mühafizəkar partiyalar

Kateqoriya:Liberal mühafizəkar partiyalar Kateqoriya:Birpartiyalı sistemdə hakimiyyətdə olmuş siyasi partiyalar