Yekaterina Marennikova (d. 30 aprel 1982; St. Peterburq, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu.
Karyerası Yekaterina Marennikova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Daha sonra Yekaterina Marennikova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Yekaterina Marennikova Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Həmçinin bax Rusiya 2008 Yay Olimpiya Oyunlarında Rusiya 2012 Yay Olimpiya Oyunlarında Rusiya 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:Rusiyanın Olimpiya həndbolçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları