Şiştəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun Şiştəpə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Şeşərli, Xəlilli, Maşadılar, Namazalı, Comardlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökumətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır.Rəhman Salmanlı, Azərbaycan.-2017.-16 mart.-№ 58.-S.7.

Kəndin qəbiristanlığı — Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır.Şahbaz Qarayev, Gülüstan çiçəyi kəndimiz, Letterpress, Bakı 2013"Şiştəpə həqiqətləri", Məhərrəm Şəmkirli, yenixəbər.org — 04.03.2019 — http://yenixeber.org/edebiyyat/69641-sstepe-heqqetler.html

Əhalisi Kənd sakinlərinin tamamı türk əsilli olub, oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5982 nəfərdir ki, onun 3205 nəfərini kişilər, 2777 nəfərini isə qadınlar təşkil edir.

Tanınmışları Qara bəy Qarabəyov (1874–1963) — ADR Parlamentinin üzvü, həkim. Tariyel İsmayılov (1949–) — Professor, Bərk cisimlər fizikası kafedrası. Etibar İsmayılov (1951–) — Professor, Kimya elmləri doktoru. Vüqar Yusifov (1976–2016) — Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyat rəisi, şəhid (2016). Rəşad Həsənov — AR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini. Müsəllim Həsənov (1958–) — Jurnalist, ssenari müəllifi, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi. Şəhla Nağıyeva — ADU-nin dosenti, tərcüməçi. Əfqan Xəlilli — AR İspaniya Krallığındakı konsulu, diplomat. İradə Aytel — Yazıçı–jurnalist. Azərbaycan Yazıçılar, Azərbaycan Jurnalistlər, Uluslararası Aktivist Sanatçılar və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, Prezident təqaüdçüsü.

İqtisadiyyatı Kənd sakinlərinin önəmli qismi Rusiya və digər xarici ölkələrdə əsasən meyvə ticarəti ilə məşğuldur. Bundan başqa, ənənəvi heyvandarlıq da kənd iqtisadiyyatında əsas yeri tutur. Kənd sakinləri əkinçiliyə də önəm verir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri