Pərviz Mahmud () — Azərbaycan əsilli İranlı bəstəkar və dirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur.
Həyatı Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir.
Təhsili Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır.
ABŞ-yə miqrasiyası 1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədər də ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır. Onun buradakı dissertasiya mövzusu İran musiqisinin nəzəriyyəsi və onun qərb musiqisinin praktikası ilə əlaqəsi olmuşdur.
Fəaliyyəti Tehran Konservatoriyasında uzun müddət professor vəzifəsində çalışmışdır. Sonralar isə konservatoriyanın direktoru təyin edilmişdir. Pərviz Mahmud 1946-cı ildə Tehran Simfoniya Orkestrasının əsasını qoymuşdur.
1958-ci ildə ABŞ-də İovada yerləşən Dubuque Universitetinin orkestrasının direktoru olmuşdur. Bu orkestra 1963-cü ildə Dubuque Simfoniya Orkestrası adlandırılmışdır.
1985-ci ilə qədər dirijor kimi fəaliyyət göstərmişdir.
Əsərləri "Concerto for Violin & Orchestra "String Quartet in E minor" "Persian Suite" for orchestra "Kurdish Fantasy" for piano and orchestra "Mehregan Suite" for orchestra
İstinadlar
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı musiqiçilər Kateqoriya:Azərbaycanlı musiqişünaslar Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:İran musiqiçiləri Kateqoriya:İran bəstəkarları Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ klassik musiqiçiləri