İrakli Kobaxidze (; ) — 2016–2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri olan gürcü siyasətçi. 2019-cu ildəki Gürcüstan etirazlarının ilk günündə istefa verdi. 8 fevral 2024-cü ildən Gürcüstanın 16-cı baş naziridir.
Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi almışdır. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində LLM və fəlsəfə doktoru dərəcələrinə layiq görüldükdən sonra Kobaxidze müxtəlif Gürcüstan universitetlərində dərs demişdir. Eyni anda BMTİP-in layihə meneceri olaraqda çalışırdı. O, həmçinin Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərmişdir və Açıq Cəmiyyət — Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olmuşdur. Kobaxidze, 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılaraq icra katibi oldu. 2016-cı il parlament seçkilərində Gürcü arzusu partiyasının qələbəsindən sonra Kobaxidze 2016-cı il noyabrın 18-də 3 səsverməyə 118 səslə Parlamentin sədri seçildi. Onun seçimi müxalifətdəki "Birləşmiş Millətin Hərəkatı" partiyasının üzvləri tərəfindən tənqid edilib.
Natalya Motsonelidze ilə evlidir və iki oğlu var.
İstinadlar
Kateqoriya:Gürcü siyasətçilər Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Tbilisi Dövlət Universitetinin müəllimləri Kateqoriya:Gürcüstan baş nazirləri