Abbas Zəryab () — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir.
Həyatı Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur.
Təhsili Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.
Abbas Zəryab Azərbaycan, ərəb, fars dilləri ilə yanaşı alman, ingilis və fransız dillərini də bilirdi.
Fəaliyyəti O, İranda Konqres kitabxanasının və Tehran Universitetinin Ədəbiyya kafedrasının rəhbəri olmuşdur.
1962–1964-cü illərdə professor Valter Bruno Henninqin dəvəti ilə Berkli Kaliforniya Universitetində fars dilini və ədəbiyyatını tədris etmişdir. Onu universitetdə daimi olaraq saxlamaq istəsələr də, Abbas Zəryab vətənində yaşamaq istəməsinə görə geri dönmüş və Tehran Universitetində çalışmağa başlamışdır.
Onun yazılarına Franklin Leviz, Carlz Melvill, Maykl Vickens, Xuan Kol, Kamran Ekbal, Lutz Rixter-Bernburq, Jozef van Ess kimi tarixçilər tərəfindən istinadlar verilmişdir.Franklin Lewis, "HAFEZ viii. HAFEZ AND RENDI" in Encyclopedia Iranica Charles Melville,Charles Melville, "HISTORIOGRAPHY iv. MONGOL PERIOD" in Encyclopedia IranicaG. Michael Wickens, Juan Cole, Kamran Ekbal, "BROWNE, EDWARD GRANVILLE" in Encyclopedia IranicaLutz Richter-Bernburg, "GONDĒŠĀPUR" in Encyclopedia IranicaJosef van Ess, EBN RĀVANDĪ, ABU'l-ḤOSAYN AḤMAD in Encyclopedia IranicaH. R. Roemer, "BĀYSONḠOR, ḠĪĀṮ-AL-DĪN" in Encyclopedia Iranica
Əsərləri İran ensiklopediyasında dərc edilənlər:
ĀḠĀJĪ BOḴĀRĪ
ĀḠĀJĪ
BOKAYR B. MĀHĀN
Chobanids
EDUCATION v. THE MADRASA IN SHI'ITE PERSIA
IRAQ — FROM THE MONGOLS TO THE SAFAVIDS
Bukayr B. Maham Marvazi
Digərləri:
Der Bericht über die Nachfolger Timurs aus dem Ta'rīḫ-i kabīr des Ğa'farī ibn Muḥammad al-Ḥusainī
Fakhr Razi und die Frage des Seins
Ein Wiederaufgefundnes Werk Abu Hayyan al-Tanhidis
Struggle of Religious sects in the Ilkhanid Court
Farsca
Abbas Zəryab farsca 100-dən çox məqalə nəşr etdirmişdir.
Həmçinin bax İran azərbaycanlılarının siyahısı Cənubi Azərbaycan
İstinadlar
Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı tarixçilər Kateqoriya:İran azərbaycanlısı alimlər Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:XX əsr İran tarixçiləri