Avroviziya Xoru Müsabiqəsi () — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur.
Mənşəyi Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır.
Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir.
Yarışma qaydaları Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir. Musiqi sahəsi üzrə ixtisaslaşmış və 3 nəfərdən ibarət hakim münsiflər heyəti yekun qalib xoru müəyyənləşdirir və qələbə qazanan təmsilçiyə xüsusi kubok təqdim olunur. Avroviziya Xoru Müsabiqəsində mübarizə aparan xoral əsərlərdə, iştirakçı ölkənin milli və regional dəyərlərinin ehtiva edilməsinə diqqət edilmişdir. İki ildən bir təşkil olunan yarışmada, qalibiyyət əldə edən ölkə növbəti müsabiqəyə ev sahibliyi etmək məcburiyyətində deyildir.
İştirakçı ölkələr
İl Debüt edən ölkə(lər)2017 2019 2023
Qaliblər Müsabiqə tarixi Ev sahibi İştirakçı sayı Qalib ölkə Əsər(lər) Xor 22 İyul 2017 , Riqa 9 Sloveniya "Ta na Solbici""Adrca""Aj, zelena je vsa gora" Carmen Manet 3 avqust 2019 , Göteborq 10 Danimarka "Viola" Vocal Line 2023 Müəyyənləşəcək
Beynəlxalq yayım
Avroviziya Xoru Müsabiqəsində iştirak edən hər bir milli yayım şirkəti, öz ölkəsinin təmsil edildiyi yarışmanı yayımlamaq hüququna malik olduğu kimi, beynəlxalq tədbirdə iştirak etməyən ölkələr də müsabiqəni hələ də yayımlaya bilər. Aşağıdakı cədvəldə, yarışmanı yayımlamış qeyri-iştirakçı media şirkətlərinin siyahısı təqdim edilmişdir:
Ölkə Yayımçı(lar) Müsabiqə RTSH 12017 SBS NRK2 RTS2 Radio Ukraine Arte Concert France 2 2019
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avroviziya Kateqoriya:Avroviziya Xor Müsabiqəsi Kateqoriya:2017-ci ildə Avropada yarananlar Kateqoriya:Avropa musiqisi