Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan.
Həmçinin bax Mərkəzi vulkan Yan püskürmə Şlak konusu
Mənbə
Kateqoriya:Geologiya Kateqoriya:Geologiya terminləri Kateqoriya:Vulkanlar