Hacırəhim Səməd oğlu Məmmədov () — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəisi.

Həyatı Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro rayonunun (Ağbulaq rayonu) Şıxlı kəndində anadan olmuşdur.

1966-cı ildə Marneuli şəhərindəki 98 saylı internat məktəbini bitirmişdir. Bir il Tbilisi şəhərində tikinti idarəsində işlədikdən sonra 1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olunmuşdur.

1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdir.

Fəaliyyəti

Hacırəhim Məmmədov 1970–1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973–1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975–1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978–1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981–1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982–1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986–1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır.

1992-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şö’bəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş, 1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general–mayor rütbəsi verilmişdir.

1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Hacırəhim Səməd oğlu Məmmədovun və Eduard Niyaz oğlu Ələkbərovun əfv edilməsi haqqında

24 mart 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti ilə görüşdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədini delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası haqqında və "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının" üzvü tə’yin edilmişdir.Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət–iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibinin təsdiq edilməsi haqqında

1999-cu ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

11 dekabr 2003-cü ildə Bakıda xidmət vaxtı iş kabinetində ürək tutmasından vəfat etmişAzərbaycan Silahlı Qüvvələr Akademiyası rəis müavini vəfat edib və bir gün sonra II Fəxri Xiyabanda dəfn edilmişdir.

İstinadlar

Həmçinin bax Eduard Ələkbərov

Xarici keçidlər

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar