Bertuban monastırı () — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə XII əsrdə inşa edilmişdir. Kilsənin divarlarını bəzəyən Böyük Tamara və IV Georgi Laşa freskaları isə XIII əsrə aid edilir. Monastırdakı "Lukianın ölümü" freskası isə orta əsr Gürcü rəssamlığının ən gözəl nümunələrindən biri hesab edilir. Abidə, Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazidə yerləşir.
İstinadlar
Ədəbiyyat ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, გვ. 318, თბ., 1977 წელი. Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948.
Kateqoriya:Keşikçidağ monastır kompleksi Kateqoriya:Ağstafa rayonunun abidələri Kateqoriya:XII əsrə aid monastırlar Kateqoriya:Azərbaycan sərhədləri