«Arşın mal alan» () — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir.
Süjet
Zəngin bir fars tacirinin oğlu Əsgər Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur. İlkin mərhələdə qızın valideynləri oğlana qarşı çıxsalar da, cütlük sonunda evlənir.
Rollarda
Qeydlər
İstinadlar
Kateqoriya:1937-ci ilin filmləri Kateqoriya:ABŞ-nin melodram filmləri Kateqoriya:ABŞ-nin musiqili filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Ermənicə filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri