Kalinina küçəsi 1 ünvanında yerləşən ev – Şuşa şəhərinin iki mərtəbəli sadə yaşayış binalarının xarakterlərini özündə birləşirən tarix-memarlıq abidəsi.

Memarlıq xüsusiyyətləri

Küçədən evin həyətinə aparan silindrik tağlı keçid, birinci mərtəbəni iki hissəyə bölür. Birinci mərtəbənin bir hissəsi yaşayış otağı, digər tərəfi isə xidməti otaq kimi istifadə edilirdi. Həyət tərəfdən binanın fasadına inşa edilmiş pilləkən, ikinci mərtəbədə yerləşən eyvana aparır. İkinci mərtəbədə yerləşən iki otaqdan biri mətbəxdir, böyük ölçülərə malik olan ikinci otaq isə evin əsas otağı olmaqla, qonaqların qarşılanması üçün istifadə edilirdi. Həmin otağın cənub-qərb divarında yerləşən böyük buxarı oyma və qabartmalarla bəzədilmişdir.

Binanın fasadlarının kompozisiyası, onu üç bir tərəfdən əhatə edən iri daşlardan hörülmüş divarlar və ikinci mərtəbənin taxta eyvanı ilə maraqlı kontrast təşkil edir.

İstinadlar

Ədəbiyyat

Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu

Kateqoriya:Qarabağ abidələri Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Şuşanın görməli yerləri