Fərman Rəsul oğlu Mahmudov () — Azərbaycan arxeoloqu.
Fərman Rəsul oğlu Mahmudov Azərbaycan arxeologiyası və tarix elminin inkişafında rol oynamış tədqiqatçılardandır. Onun elmi fəaliyyəti əsasən Azərbaycanın tunc və erkən dəmir dövrü arxeoloji mədəniyyətlərinin öyrənilməsi ilə bağlı olmuşdur. Mahmudovun apardığı arxeoloji qazıntılar və elmi nəticələr Azərbaycan tarixi üzrə yeni məlumatların əldə edilməsinə şərait yaratmışdır.
O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, 1963–1966-cı illərdə aspirantura təhsili almış və elmi fəaliyyətini davam etdirmişdir. Mahmudov, elmi rəhbəri Y. İ. Krupnovun rəhbərliyi altında Qafqaz arxeologiyası üzrə tədqiqatlar aparmışdır.
Fərman Mahmudovun tədqiqatları zamanı onlarla qədim yaşayış məskəni, qəbir abidəsi və sənətkarlıq nümunəsi aşkarlanmış və elmi dövriyyəyə daxil edilmişdir. O, tarix elmləri namizədi elmi dərəcəsini almış və dosent elmi adı ilə həm elmi, həm də pedaqoji fəaliyyət göstərmişdir. Onun elmi irsi, müasir arxeoloji tədqiqatlarda və tarix elminin müxtəlif istiqamətlərində istinad olunan mənbələrdən biri hesab olunur.
Həyatı və fəaliyyəti Fərman Rəsul oğlu Mahmudov 1940-cı ilin fevralın 23-də Qutqaşen rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində, orta təhsilini qonşu Hacıalılı kənd orta məktəbində başa vurmuşdur.Q. Əhmədov, 2000, səh. 86
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna işə qəbul edilmişdir. Burada baş laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən ömrünün sonuna qədər taleyini arxeologiya elminə bağlamış, bir sıra arxeoloji ekspedisiyalarda (Qəbələ, Qax və s.) iştirak etmiş, qısa bir müddətdə çöl-tədqiqat işlərinin sirlərini mənimsəmiş, 1963–1966-cı illərdə Tarix institutunun aspirantı olmuş, qafqazşünas Y. İ. Krupnovun elmi rəhbərliyi ilə işləmişdir.
Təcrübəli arxeoloq İ. H. Nərimanovla birgə işləməsi F. R. Mahmudovun həyatında mühüm rol oynamışdır. Onun tövsiyəsi ilə F. R. Mahmudova "Cənubi-Şərqi Azərbaycanın tunc və dəmir dövrünün əvvəllərində mədəniyyəti" mövzusu müəyyən edilir. F. R. Mahmudovun həmin zonada apardığı ilk qazıntılar bu mövzunun perspektivli olduğunu göstərir. Bir-birinin ardınca movzuya aid onlarla yaşayış məskənləri, qəbir abidələri, sənətkarlıq ocaqları aşkara çıxarılır.
1973-cü ildən başlayaraq F. R. Mahmudov artıq təcrübəli arxeoloq kimi həmin axtarışlara özü rəhbərlik edir, arxeoloji işlərin miqyası daha da genişləndirilir. Əsas diqqət Cəlilabad rayonunun Üçtəpə kəndi yanında yerləşən Əliköməktəpəsi adlı çoxtəbəqəli abidədə cəmləşdirilir. Burada eneolit təbəqəsi xüsusi maraq doğurur. Abidənin stratiqrafıyası müəyyən edilir, çoxlu miqdarda daş və sümük alətlər, saxsı məmulatı əldə edilir. Çiy kərpiclə hörülmüş kvadrat və dairəvi evlər aşkar edilir. Bir yarımqazma şəklində dairəvi otağın divarları suvanmış və boyaq ilə həndəsi naxışlanmışdır. Bütün Qafqazda həmin dövrə aid ilk tapıntı hesab edilən bu otağın məbəd olduğu güman edilir. Əliköməktəpəsindən yenə də Qafqazda ən qədim sayılan 20-dən artıq ikiyaruslu dulus kürələri aşkar edilir. Buradan tapılmış e.ə. IV minilliyə aid əhilləşdirilmiş at sümükləri Azərbaycanı bütün Avrasiyada atçılığın ilk vətəni hesab etməyə əsas verir. Azərbaycanın qədim əkinçilik və oturaq maldarlıq mərkəzi olduğu bir daha sübut edilir. Ümumiyyətlə, Muğanda 20-dən çox eneolit, 6-ilk tunc dövrü və bir neçə son tunc və ilk Dəmir dövrü abidələri qeydə alınır.Anar Ağalarzadə, "Qədim "Muğan mədəniyyəti"nin kəşf olunduğu məkan" , Azərbaycan.-2016.- 6 oktyabr.- S.7.Q. Əhmədov, 2000, səh. 87
F. Mahmudov 1966–1967-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Azərbaycan tarixi redaksiyasında işləmişdir.
F. R. Mahmudov 1979-cu ildə Tbilisi şəhərində öz namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
Bundan sonra o, öz elmi fəaliyyətini pedaqoji fəaliyyətilə əlaqələndirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dəvəti ilə həmin kafedraya işə qəbul edilir. Əvvəlcə müəllim, baş müəllim, daha sonra isə dosent vəzifələrində çalışır. F. Mahmudov "Azərbaycan tarixi üzrə qaynaqlar" adlı irihəcmli dərs vəsaitiAzərbaycan tarixi üzrə qaynaqlar / tərt. S. S. Əliyarlı [et al.] ; red. S. S. Əliyarlı. — Bakı : Çıraq, 2007. — 400 s. ; 22,5 sm. — 500 экз.. — ISBN 5-8025-0002-6 və 1996-cı ildə kafedranın nəşr etdirdiyi "Azərbaycan tarixi" kitabının yazılmasına böyük əmək sərf etmişdir.
F. Mahmudov Yardımlı, Lerik Lənkəran və b. Azərbaycan rayonlarında da bir sıra arxeoloji tədqiqatlar aparıb.
14 sentyabr 1996-cı ildə fəqərə sümüyünün xərçəngi səbəbilə Bakıda vəfat edib, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Qəbələ rayonunun Böyük Əmili kəndində dəfn edilib."Dost sözü", Millət qəzeti, səh. 7, № 80 (511), 26 sentyabr 1996
Vəfatından 12 il sonra, 2008-ci ildə t.e.d., professor Qüdrət İsmayılzadənin elmi redaktorluğu ilə F. Mahmudovun "Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü mədəniyyəti" adlı kitabı nəşr edilmişdir. Kitabda Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü abidələri tarixi-arxeoloji baxımından ilk dəfə sistemləşdirilir, 30-dək arxeoloji baxımdan obyekt təhlil olunur, Muğan arxeoloji dəstəsinin fəaliyyət sahələri geniş işiqlandırılır. Jak de Morqan qardaşlarının arxeoloji işləri qeyd olunur, Uzuntəpə qəbirstanlığının, Lənkəran və Masallıda diyarşunaslıq muzeylərinin arxeoloji kolleksiyasına nəzər yetirilir. Dəfn adətlərinə, abidələrin xronologiyasına, interpretasiyaya geniş yer verilmişdir.
Ağdam rayonunun Ayaq Qərvənd kəndindən 2 km şərqdə, Sultanbud meşəsinin şimal-qərbində yerləşən 2010-cu ildə aşkar edilərək qeydiyyata alınmışAzərbaycanda arxeoloji tədqiqatlar. Bakı, "Xəzər Universiteti" nəşriyyatı, 2015, səh. 90. ISBN 978-9952-8291-9-8 Leylatəpə mədəniyyətinə aid eneolit dövrü yaşayış yerinə Fərman Mahmudovun şərəfinə Fərmantəpə adı verilib.X. İ. Alməmmədov, E. H. Əliyev, Ş. N. Nəcəfov. Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi – Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2017. ISBN 978-9952-516-07-4 səh. 49–50
İlahiyyatçı Elşad Mahmudovun atasıdır.
Seçilmiş məqalələri 300px|thumb|right|Fərman Mahmudovun elmi məqalələri MənbəQ. Əhmədov, 2000, səh. 88–89 Azərbaycanın cənub-qərb rayonlarının arxeoloji cəhətdən öyrənilməsinə dair. Azərb. SSR EA Tarix İnstitutu aspirantlarının 1-ci Elmi konfransının materialları. Bakı. 1965 Ağyazı düzənliyində Yaloylutəpə mədəniyyətinə aid abidə. Azərbaycanın maddi mədəniyyəti. Cild-6. Bakı: 1965 Azərbaycanın cənub rayonlarının ilk tunç dövrü abidələri haqqında. Azərb. SSR EA Tarix İnstitutu aspirantlarının 2-ci elmi konfransının məruzələrinin tezisləri. Bakı. 1966 Talış və Muğanın qədim mədəniyyətinə aid arxeoloji materiallar. Azərb. SSR EA Xəbərləri. № 2. 1970 Qarqalartəpəsi və Əliköməktəpəsi yaşayış yerlərində 1971-ci ildə aparılmış arxeoloji tədqiqatlar. Azərbaycanda 1971-ci ildə aparılmış arxeoloji tədqiqatlar. Bakı. (İ. H. Nərimanovla şərikli). 1972 Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunları // Azərbaycanda daş dövrü və eneolit. Bakı 1984. Lənkəran yaxınlığındakı qədim qəbiristan haqqında. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. № 4. 1974 Astara rayonundakı ilk tunc dövrü kurqanları haqqında. AMM. X cild. Bakı. 1987 Cəlilabad rayonunda arxeoloji axtarışlar. AMMTCTYKT. Bakı. 1991 Əliköməktəpəsində 1991-ci il qazıntıları. AMMTCTYKT. Bakı. 1992 Azərbaycan tarixi./1–3-cü bölmələr/. Bakı. 1996
İstinadlar
Mənbə Qara Əhmədov, "Azərbaycanın istedadlı arxeoloqu — Fərman Mahmudov", "Azərbaycan Arxeologiyası", 2000, Cild: 2, Say: 1–2. səh. 86–89. ISSN 2218 – 0346 Ramin Məmmədov, "Qəbələ: İnsanlar, talelər, ziyalılar", II kitab, Bakı, "Şirvannəşr", 1996, səh. 142–144
Xarici keçidlər
Tanış olun — Fərman Mahmudov
Kateqoriya:Qəbələ rayonunda doğulanlar