Qumuqlar və ya kumuklar () — Şimali Qafqazda yaşayan türkdilli etnosdur. Onlar Dağıstanın, Çeçenistanın və Şimali Osetiyanın yerli və qədim xalqlarından biridir. Qumuqlar Şimali Qafqazda ən böyük türkdilli xalq hesab olunurlar. Qafqazda azərbaycanlılardan sonra sonra ikinci ən böyük türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır.
Qumuqlar qumuq dilində (qum. къумукъ тил) danışırlar. Konkret olaraq Qıpçaq dilləri qrupuna daxildir.
Antropoloji tip Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur.
Rusiya federasiyası üzrə Rusiya Federasiyası2002-ci il siyahıyaalma, min nəfər(* )Dağıstan365,8Şimali Osetiya12,7Tümen vilayəti12,3 o cümlədən Xantı-Man Muxtar Vilayəti9,6 o cümlədən Yamal-Nenets Muxtar Vilayəti2,6Çeçenistan8,9Stavropol diyarı5,7Moskva1,6Həştərxan vilayəti1,4Rostov vilayəti1,3 Sayı 1000 nəfərdən yuxarı olan qumuqlar göstərilib.
Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001)http://www.ukrcensus.gov.ua/eng/results/nationality_population/nationality_1/s5/?botton=cens_db&box=5.1W&k_t=00&p=60&rz=1_1&rz_b=2_1%20%20%20%20%20%20%20%20%20%20%20%20%20&n_page=4 qumuq yaşayır.
Xarici keçidlər Kumuk Türkleri Sayfası Кумыкский мир Хазарские истоки в кумыкском фольклоре
İstinadlar
Kateqoriya:Türk xalqları Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Qırğızıstanda yaşayan etnik qruplar Kateqoriya:Estoniyada yaşayan etnik qruplar Kateqoriya:Tacikistanda yaşayan etnik qruplar Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar Kateqoriya:Şimali Qafqazdakı yerli xalqlar