Semaranq — İndoneziyanın Mərkəzi Yava əyalətinin paytaxtı və ən böyük şəhəri. Holland müstəmləkə dövründə böyük bir liman və bu gün də əhəmiyyətli bir regional mərkəz və limandır.

Sahəsi 373.78 kvadrat kilometr (144.32 kvadrat mil) təşkil edir . Şəhərin əhalisi təxminən 1.8 milyon nəfərdir və bu İndoneziyanın Cakarta, Surabaya, Bandunq, Bekasi, Medan və Tanqeranqdan sonra yeddinci ən böyük şəhəridir. Daxili (metro) ərazidə 2010-cu il siyahıyaalınmasında 2 şəhər və 26 rayonunda 3,183,516 nəfər əhali yaşayırdı. Böyük Semaranq metropolun 6 milyona yaxın əhalisi var. Şəhərin əhalisi əsasən çinlilərlə yavalılardır.

İstinadlar

Xarici linklər

Kateqoriya:İndoneziya şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri