Northrop Grumman, mərkəzi ABŞ-də yerləşən kosmik fəza və müdafiə texnologiyası sahəsində fəaliyyət göstərən 1994-cü ildə Grumman və Northrop şirkətlərinin birləşməsi ilə yaradılmış olan beynəlxalq şirkətdir. Şirkət müdafiə sənayesi sahəsində 2010-cu ildə dünyanın dördüncü böyük şirkəti olmuşdur."SIPRI Top 100 Defence Contractors ". Stockholm International Peace Research Institute. 2011-ci ilin aprel ayından etibarən Northrop Grumman şirkəti dörd sahədə fəaliyyət göstərir. Bunlar kosmik fəza sistemləri, elektron sistemlər, məlumat sistemləri və texniki sistemlərdirlər.Northrop Grumman: About Us . Northrop Grumman, 23 Haziran 2010. Northrop Grumman şirkətinin istehsal sahəsinə aviadaşıyıcılar, hərbi təyyarələr, hərbi gəmilər, döyüş raketləri sistemləri, süni peyklər və informasiya texnologiyaları sistemləri də daxildir.
İstinadlar Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər