thumb|200px|left|Atollun kosmosdan təsviri. Napuka () — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası).

Coğrafiya Üçbucaq formasına malikdir. Uzunluğu 7 km, eni isə 3,5 km təşkil edir. Atollun sahəsi 8 km²-dir. Daxilində laqun vardır. Laqunun daxilində isə 32 elə də iri olmayan ada vardır. Laqunun eni 3 km, uzunluğu isə 9 km-dir.

Tarixi Napuka ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. XX əsrin əvvəllərindən adada kokos palması plantasiyası yetişdirilirdi.

İnzibati bölgüsü İnzibati baxımından Napuka və Şimali Tepoto atolları birlikdə Napuka kommunasını əmələ gətirir. O da Tuatomu-Qambe inzibati bölgüsünə daxildir. Ada / rif Quru sahəsi,km² Laqunun sahəsi,km² Əhali,nəf. (2007) İnzibati mərkəzNapuka8,0018,0271TepukamaruiaŞimali Tepoto2-44TehekeqaNapuka kommunası1018315Tepukamaruia

Əhali 2007-ci il məlumatına görə adada 271 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi — Tepukamaruia

Mənbə Ada haqqında informasiya

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Mərcan adaları Kateqoriya:Fransa Polineziyası adaları