Dezappuentman adaları () — Tuamotu arxipelaqına daxil olan adalar qrupu (Fransa Polineziyası). Arxipelaqın şimalında yerləşir. İnzibati baxımından Napuka kommunasına daxildir.

Coğrafiya Adalar qrupuna 3 atoll daxildir: № Ada Sahəsi,km² Launun sahəsi,lm² Əhali,nəf. (2007) Əhali sıxlığı,km² Koordinatları 1 Napuka 8 18 271 33,88 2 Şimali Tepoto 2 — 44 22,00 3 Puka Puka 4 2 157 39,25 Ümumi 14 20 472 33,71

Tarixi Adalar qrupu 1665-ci ildə ingilis səyyahı Con Bayron tərəfindən kəşf edilir.

Əhali 2007-ci il məlumatına görə adalarda 472 nəfər yaşayır. Yerli əhalinin əsas məşquliyyəti Kopra istehsalı, mirvari toplamaq və balıqçılıqdır.

Mənbə A Journey to the Disappointment Islands History Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Sakit okeanın arxipelaqları Kateqoriya:Fransa Polineziyası adaları Kateqoriya:Okeaniya arxipelaqları