Fərid Adil oğlu Məmmədov () — sahibkar, Tərəqqi medalı mükafatçısı, "Caspian Event Organisers" şirkətinin baş direktoru, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru, "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti.
Həyatı Fərid Məmmədov 25 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Fərid Məmmədov 1992–1994-cü illərdə hərbi qulluqdan qayıtmış və təhsilini davam etdirmişdir, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır.
Fərid Məmmədov peşəkar avtomobil idmançısıdır. O yerli və beynəlxalq yarışlarda müxtəlif mükafatlar qazanmışdır.
Ailəsi Ailəlidir, iki övladı var.
Biznes fəaliyyəti 1992–2000-ci illərdə Material Ehtiyatları Nazirliyində iqtisadçı/mühasib, 1999–2000-ci illərdə isə "ITE Group Plc" şirkətində məsləhətçi vəzifəsində işləyib.
2000-ci ildən etibarən Iteca Caspian LLC icraçı direktor vəzifəsini icra edir. 2007-ci ildə Beynəlxalq Sərgilər Assosiasiyası (UFİ) tərəfindən tanınan və təşkil olunan Sərgilərin Təşkili və İdarə edilməsi sahəsində təhsil alıb. 2014-cü ildən isə Caspian Event Organisers şirkətinin baş direktorudur. 2023-cü ilin noyabr ayından etibarən Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti vəzifəsini və "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
2024-cü il aprelin 24-də Bakıda "Azərbaycan-Başqırdıstan" biznes forumu çərçivəsində "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" və Başqırd Sərgi Şirkəti arasında əməkdaşlıq sazişləri imzalayıb.
Üzv olduğu təşkilatlar + № Üzvlük illəri Təşkilatın adı 1 2004 — Caspian European Club 2 2005 — Beynəlxalq Sərgilər Assosiasiyası (UFI) 3 2005 — Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının təşkilat komitəsi 4 2010 — "Baku Nobel Oil Club" biznes klubu 5 2014 — Azərbaycan Avtomobil Federasiyası (AAF)
Mükafatları 2012. Emanuel Nobel memorial medalı (Bakı Nobel İrsi Fondu) 2013. Azərbaycan Kartinq Çempionatının mükafatçısı. 2018. Tərəqqi medalı. 2019. "Azərbaycan Narı" döş nişanı (Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinə göstərdiyi qayğı və diqqətə görə) 2019. V1 Challenge Gəncə yarışının qalibi. 2022. "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı. 2024. "Fəxri neftçi" döş nişanı. (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən)
İstinadlar
Xarici keçidlər Фарид Мамедов: "Успех строительной выставки BakuBuild 2015 объясняется динамичным ростом ненефтяного сектора Азербайджана" Фарид Мамедов: "Выставочный бизнес это такая работа, которая должна нравиться" Наши клиенты идут за нами на новые рынки — директор компании Iteca Caspian Фарид Мамедов Our clients follow us towards the new markets — Director of Iteca Caspian Farid Mammadov Фарид Мамедов: В бизнесе важно быть искренним – ИНТЕРВЬЮ Директор Iteca Caspian Фарид Мамедов: "У нас достаточно позитивные ожидания на 2017 год" CBC — Interview with Farid Mammadov — Youtube "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədovun "Lider" kanalında müsahibəsi — Youtube Надеемся, что скоро появится возможность провести выставку в городе Шуша — Генеральный директор Caspian Event Organisers
Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:"Azərbaycan Narı" döş nişanı ilə təltif edilənlər