Qəznəvilər ( Qəznəviyyə) — 963–1186-cı illərdə Mavəraünnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüşBosworth, The Ghaznavids. Edinburgh, 1963Bosworth, "Ghaznavids", in Encyclopædia Iranica, Online Edition 2006, (LINK )Bosworth, Ghaznavids, Encyclopaedia of Islam, Online Edition; Brill, Leiden; 2006/2007 türk məmlük xanədanlığı. Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür.M. A. Amir-Moezzi, "Shahrbanu", Encyclopædia Iranica, Online Edition, (LINK )

Qəznəvilər dövlətinin əsasını 963-cü ildə Samani sərkərdələrindən olan, keçmiş qulam Alp Təkin qoymuşdur. Ancaq dövlətin inkişafı Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkin Qəznə şəhərini dövlətin paytaxtı elan etmişdi."Gazneliler". Temel Britannica Ansiklopedisi. 7. Cilt. İstanbul: Ana Yayıncılık. 1993. ss. sf. 98–99.Encyclopedia Britannica, Ghaznavid Dynasty, Online Edition 2007 (LINK ) Səbuk Təkinin oğlu sultan Mahmudun dövründə imperiyanın sərhədləri, Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. I Məsudun dövründə isə imperiya zəifləməyə başlamışdı. Onun dövründə Xarəzm Qəznəvilərdən ayrılmağa başladı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Səlcuq imperiyasının dağılmasından sonra qüvvətlənən Qurilər, Qəznəvi hökmdarı Xosrovşahı 1157-ci ildə məğlub edərək ölkənin paytaxtını tutdular. Lahora çəkilən Qəznəvilər hakimiyyətlərini burada davam etdirməyə başladılar. 1186-cı ildə son Qəznəvi hökmdarı Xosrov Məlikin Qurilər tərəfindən əsir alınması ilə Qəznəvi dövləti tamamilə süqut etdi.Şebânkâreî, s.87–88

Sülalənin mənşəyi Qəznəvilərin adı tarixi mənbələrdə "Yəminilər" və "Səbutəkinilər" kimi də qeyd edilir.Merçil, Gazneliler Devleti, s.1 Qəznəvi hakimiyyətindən əvvəl də Əfqanıstanda türk tayfaları hökm sürmüşdülər. Həmin türk tayfaları Qəznəvilər dövlətinin qurulmasında da böyük rol oynadılar. Dövlətin qurucusu Səbuk Təkin, qulam kimi Samanilər ərazisinə gətirilmiş və sonradan müsəlman olmuşdur.Arnold, s.218–219Togan, s.152 Səbuk Təkinin öz "Nəsihətnaməsi"nə (Pənd-Namə) görə o, Türkistandan gəlmiş "Barsaq" türk tayfasındandır.Şebânkâreî, s.167Merçil, Sebüktegin'in Pend-Nâmesi, s.227Köprülü, Kay Kabilesi, s.421–422 Səbuk Təkin qulam olaraq Samani əmiri Alp Təkin tərəfindən alınmışdır.Yakubovski, sayı: 75, s.241 Əbülqazi Bahadır xan isə Səbuk Təkinin qayı oğuz boyundan olduğunu yazır.Ebu'l Gazi Bahadır Han, s.57

Quruluş dövrü thumb|250px|Alp Təkinin Türkiyədə, Kayseri şəhərindəki heykəli. Samani dövləti inkişaf etdikcə türk qulamlar dövlətin hərbi qüdrətini daha da artırmaq üçün Mavəraünnəhrdən Samani ərazisinə gətirilirdilər. Samanilərin zəifləməyə başlaması ilə bu türk qulamlar gücləndilər və mərkəzi hakimiyyətlə hesablaşmamağa başladılar. Bu dövrdə Əfqanıstanda Simurcilər, Qara Təkin İsficabi və Bayduz kimi türk sərkərdə və sülalələri hakimiyyət qurmağa başlamışdılar.

Bu türk sərkərdələrindən biri də Alp Təkin idi. 890–91-ci illərdə doğulan Alp Təkin, Samani qulamı kimi "xassə" əsgərləri sırasına daxil edilmişdir.Merçil, Gazneliler Devleti, s.2 Öz şəxsi xüsusiyyətləri ilə fərqlənən Alp Təkin, getdikcə mövqeyini gücləndirərək "hacibül-hücaba"Samanilər dövlətində "hacibül-hücaba" bütün saraya rəhbərlik edirdi. Saray işləri və sarayın müdafiəsi onun əlində idi. vəzifəsinə təyin edildi.Gerdîzî, s.381

Sarayda nüfuzu getdikcə artan Alp Təkin, 961-ci ildə fevralın 10-da Samani hökmdarı tərəfindən ən yüksək vəzifələrdən birinə, "Xorasan sipəhsaları" 'Sipəhsalar farsça hərbi vəzifə mənasında işlənir. Bu əhəmiyyətli vəzifə dövlətin və yaxud bölgənin ordu sərkərdəliyi mənasında işlənirdi. Beləliklə Xorasan sipəhsaları, yəni bütün Xorasanın müdafiəsinə rəhbərlik edən, ordu komandiri. vəzifəsinə yüksəldi.Nazım, s.24 Samani hökmdarı I Nuhun ölümündən sonra dövləti ara müharibələri bürüdü. Bu qarışıqlıqdan istifadə edərən Alp Təkin, öz namizədi olan şahzadəni taxta çıxarmaq üçün hərəkətə başladı. Samani əyanları Nuhun oğlu Mənsura sədaqət andı içərək, onu taxta çıxardılar. Alp Təkin Samanilərin paytaxtı Buxaraya hücum etmək istəsə də öz ordusuna güvənmirdi. O, sadiq qulamları olan 3 minlik ordu ilə Bəlxə çəkildi və şəhəri ələ keçirdi. Yeni Samani hökmdarı olan I Mənsur Alp Təkini tutmaq üçün 16 minlik ordunu Bəlxə göndərdi. Bəlx yaxınlığında, Xulm döyüşündə 16 minlik Samani ordusu, Alp Təkinin 3 minlik dəstəsinə məğlub oldu.Bosworth, The Ghaznavids, s.37 Beləliklə, Qəznəyə hücuma keçən Alp Təkin şəhəri ələ keçirdi və 12 yanvar 963-cü ildə Qəznəvi dövlətinin əsasını qoydu.

Alp Təkin Hindistana yürüşə hazırlaşarkən 13 sentyabr 963-cü ildə vəfat etdi.Bosworth, The Ghaznavids, s.38 Ölümündən sonra Qəznə şəhəri Samanilərin əlinə keçsə də, ondan sonra hakimiyyətə gələn oğlu Əbu İshaq İbrahim şəhəri geri aldı və 3 il hakimiyyətdə oldu. 966-cı il noyabrın 12-də Əbu İshaq İbrahimin ölümündən sonra onun oğlu olmadığı üçün türk sərkərdələrindən Bilgə Təkin hökmdar seçildi. Bilgə Təkin mövcud Samani təhlükəsini aradan qaldırmaq üçün Samanilərdən asılı olduğunu bildirdi.Merçil, Gazneliler Devleti, s.6 Lakin Samanilər Qəznə üzərinə qoşun göndərdilər. Bu ordu da məğlub olduqdan sonra Samanilər Qəznəyə bir daha qüvvə göndərmədilər.

Bilgə Təkinin 975-ci ildə ölməsindən sonra hakimiyyətə Alp Təkinin digər qulamı Börü Təkin gəldi. Börü Təkin xalqa zülm etdiyi üçün üsyan nəticəsində 20 aprel 977-ci ildə taxtdan salındı. Onun yerinə digər türk qulam Səbuk Təkin gəldi. Səbuk Təkin daxildəki qarışıqlıqlara son qoymaq üçün ilk növbədə Samanilər ilə əlaqələr yaratdı və asılılığı qəbul etdi.Merçil, Gazneliler Devleti, s.7 Daxildə sabitlik yaratdıqdan sonra Səbuk Təkin Toxaristanı, Zəmindavər və Bəlucistanın bir hissəsini tutdu. Hinduşah racasını da məğlub edən Səbuk Təkin, Kabil çayına qədər olan Pişəvər torpaqlarını da ələ keçirdi. 994-cü ildə Samani əmiri I Mənsur türk qulamlar Əbu Əli Simcuri və Faiqə qarşı Qəznəvilərdən kömək istədi. Səbuk Təkin həmin il Xorasana yürüş edərək üsyanı yatırdı. Samani əmiri I Məsud bunun əvəzində Səbuk Təkinin oğlu Mahmuda "Seyfüddövlə" ünvanı verdi və Xorasanın ordu komandanlığını ona verdi.Merçil, Simcûrîler IV, s.554–557 Səbuk Təkin 997-ci ilin avqustunda vəfat etdi.

Səbuk Təkin ölümündən əvvəl kiçik oğlu İsmayılın taxta oturmasını vəsiyyət etmişdi. Atasının ölümündən sonra İsmayıl özünü Qəznəvi hökmdarı elan etdi. Nişapurda olan böyük qardaşı Mahmud təcrübə baxımından qardaşından daha üstün idi.Merçil, Gazneliler Devleti, s.12 Mahmud qardaşı İsmayıla yaşca ondan böyük olduğu üçün taxta keçməli olduğunu və Bəlx ilə Xorasanı ona verəcəyini təklif etsə də, İsmayıl bu təklifi qəbul etmədi. 998-ci ilin martında qardaşlar arasında baş vermiş döyüşdə qalib gələn Mahmud, Qəznəvi taxtına oturdu.

Sultan Mahmud dövrü

Samanilərlə münasibətlər 998-ci ildə Mahmud Qəznəvinin qardaşı ilə mübarizəsindən istifadə edən Samanilər Xorasanı ələ keçirdilər. Samani hökmdarı olan II Mənsur Qəznəvi sarayına elçi göndərərək, Xorasanın qaytarılmayacağını bildirdi. Bu dövrdə Mahmud Qəznəvi Samanilərə qarşı hərbi əməliyyatlara başlamadı. Bunun səbəbi isə Qaraxanlı ordusunun Xarəzmə hücumu idi. O, Qaraxanlıların üstünlük əldə etməməsi üçün Samani ordusuna hücuma keçmədi və gözlədi.Bosworth, The Ghaznavids, s.45Merçil, Simcûrîler V, s.129 Çox keçmədən II Mənsuru hakimiyyətə gətirən qulamlar, Beytüz və Faiq ona güvənmədikləri üçün hakimiyyətə kiçik yaşlı II Əbdülməliki gətirdilər.Nazım, s.42–43Kafesoğlu, İslam Ansiklopedisi, Mahmud Gaznevî mad. s.174

Beytüzün və Faiqin Samani taxtındakı hakimiyyətini aradan qaldırmaq istəyən Qəznəvi hökmdarı, 999-cu ilin mayında Xorasana hücum edərək onları darmadağın etdi. Xorasana qardaşı Nəsri hakim təyin etdi.Merçil, Simcûrîler V, s.130–131 Samanilərin zəifləməsindən istifadə edən Qaraxanlılar həmin ildə Xarəzmə daxil oldular və Samani hakimiyyətinə son qoydular.

Qaraxanlılar ilə münasibətlər Qaraxanlı hökmdarı I Əhməd xan ilə dost münasibətləri qurulmuşdu. Belə ki, Ceyhun çayı sərhəd qəbul edilmiş və Mahmud Qəznəvi Qaraxanlı xanzadəsi ilə evlənmişdi.Merçil, Gazneliler Devleti, s.32–36 Lakin bu dostluq əlaqələri I Əhməd xanın Xorasana hücumu ilə pozuldu. Sultan Mahmudun Hindistan yürüşündən istifadə edən I Əhməd xan Xorasana qüvvə göndərdi. Bu xəbər sultan Mahmuda çatdıqda Hindistan yürüşünü təxirə saldı və üzünü Xorasan tərəfə çevirdi. 1006-cı ilin oktaybr-noyabr aylarında Xorasan Qaraxanlı ordusundan təmizləndi. 1008-ci ildə Bəlx yaxınlığında baş vermiş döyüşdə Qaraxanlılar məğlub edildilər.Şebânkâreî, s.57–58

Yeni Qaraxanlı hökmdarı Mənsur Arslan xan, sultan Mahmud ilə sülh imzaladı, lakin Qaraxanlılarda ara müharibələri yenidən başladı və Yusif Qadir xan Qaraxanlı Mahmud Qəznəvidən kömək istədi. Hindistan yürüşündə olan sultan Mahmud bu təklifi qəbul etmədi, lakin sonradan ittifaq bağlayan Mənsur Arslan xan ilə Yusif Qadir xan 1019–1020-ci ildə Xorasana yeni bir Qaraxanlı yürüşü təşkil etdilər. Bu yürüşün də heç bir nəticəsi olmadı və Qaraxanlı qüvvələri darmadağın edildilər.

Qaraxanlı dövlətindəki ara müharibələrinin qarşısını ala bilməyən Yusif Qadir xan yenidən sultan Mahmuddan kömək istədi. Bu dəfə təklifi qəbul edən Mahmud Qəznəvi, 1025-ci ilin mart-aprel aylarında Səmərqənddə Yusif Qadir xanla görüşdü. Sultan Mahmud Yusif Qadir xanın qardaşını ələ keçirsə də onu öldürmədi və bir müddətdən sonra Qaraxanlılar arasındakı ara müharibələrindən çəkildi.

Oğuzlar və əfqanlar ilə münasibətlər Arslan Yabqunun başçılığı ilə 4 min çadırlıq oğuzlar Mavəraünnəhrdə yaşaya bilmədikləri üçün sultan Mahmuddan Xorasana köç etməyə icazə istədilər. Onlardan hərbi qüvvə kimi istifadə etmək məqsədilə bu təklifi qəbul edən Qəznəvi hökmdarı Xorasana köç etməyə icazə verdi.Köymen, s.173–174 Lakin oğuzların sayı çox olduğu üçün köç etdikləri ərazilərdə iqtisadi vəziyyəti korlayırdılar. Bu səbəbdən 1028-ci ildə yerli əhali sultana məktub yazaraq şikayət etməyə başladı. Problemin həll edilməsi Tus hakimi Arslan Cazibə tapşırılsa da, o, oğuzların qüvvətləndiyini və bir əyalətin ordusundan daha çox olduğunu bildirərək hökmdarın qoşunla gəlməsinin daha məsləhətli olduğunu bildirdi.

1028-ci ildə Tusa gələn sultan Mahmud Arslan Cazib də birləşdi. Həmin ildə oğuzların üzərinə hücuma keçən Qəznəvi ordusu qalib gəldi. Məğlub olan oğuzlar Kirmana və Azərbaycana qaçdılar. Sultan Mahmud hakimiyyətinin sonuna qədər oğuzları təqib etdi.Nazım, s.s.64–66

Hind çayından Qəznəyə qədər ərazilərdə yayılan əfqanlar, Qəznəvi ərazilərinə icazəsiz köçlər edir və ticarət karvanlarını qarət edirdilər. 1019-cu ildə əfqanlar üzərinə hücuma keçən Mahmud Qəznəvi onları tabe etdi və bir hissəsini müsəlmanlaşdırdı.Gerdîzî, s.185

İrandakı Ziyarilər və Büveyhilər ilə münasibətlər thumb|300px|right|Sultan Mahmud Qəznəvinin Zərənci mühasirəyə alması (Fəzlullah Rəşidəddinin Cami ət-Təvarix əsəri) Qəznəvilərin Təbəristan və Cürcan hakimləri olan Ziyarilər ilə yaxın əlaqələri və idi. 1012-ci ildə Ziyari hökmdarı Şəmsülməali Qabus ibn Vəşmgirin devrilməsindan sonra Ziyarilər arasında taxt müharibələri başladı. Qabusun oğlu Mənüçöhr ilə qardaşı Dara arasındakı hakimiyyət mübarizəsindən istifadə etməyə çalışan sultan Mahmud, Daranı dəstəkləməyə başladı. Daranın məğlubiyyətini qəbul etməyən sultan Mahmud Cürcana yürüşə başladı. Bu xəbər Mənüçöhrə çatdıqdan sonra Mahmud Qəznəviyə tabeliyini bildirdi və ildə 50 min dinar xərac ödəməyi öhdəsinə götürdü. Bundan sonra Qəznəvi ordusu Ziyari torpaqlarından geri çəkildi.Bosworth, The Ghaznavids, s.74–75 Lakin Mənüçöhr 1029-cu ildə Mahmud Qəznəvinin Büveyhilər üzərinə hücum edərək Reyi tutmasından narahat oldu və geri qayıdan Qəznəvi ordusunun yolunu kəsdi. Həmin il sultan Mahmudun üzərinə yürüşə hazırlaşması xəbərini aldıqdan sonra qorxuya düşən Mənüçöhr Ziyari verdiyi xəracın 10 qatını, yəni 500 min dinarı Qəznəvi sarayına göndərdi. 1030-cu ildə Mənüçöhrün ölümündən sonra Ziyari taxtına oturan Ənuşirvan Mənüçöhr də atası kimi 500 min dinar ödəyərək, sultana tabeliyini bildirdi.Bosworth, The Ghaznavids, s.274