Təcədin, Tacədin - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 4 km şimal-şərqdə, Baydaq çayının sol sahilində yerləşirdi. Kəndin adı erməni mənbələrində Tecadin kimi qeyd edilirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. l34.
Toponim «son zirvə, ən yüksək zirvə» mənasında işlənən tac sözünəAzərbaycan dilinin izahlı lüğəti, IV c., Bakı, «Elm», 1987. s.141 türk dilində «dincəlmək üçün fasilə etmək», «fasilə», «dincəlmək» mənasında işlənən din sözününСевортян Э.В. Этимологический словарь тюркских языков(Обшетюркские и межтюркские основы на букву «В», «Г»и «Д»), М., «Наука», 1980. s.341-342 birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi Kənddə 1897-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135. 1930 - cu illərin ortasında ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri