Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya (bundan sonra "Komissiya") "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
Haqqında Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.
Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.
Vəzifələri Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
Tərkibi +ÜzvÜzvün vəzifəsiAzərbaycan Repsublikası Prezidenti tərəfindən təyin olunmuş Komissiya üzvləriSamir NuriyevKomissiyanın Sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəriFuad ƏləsgərovAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiriGündüz KərimovAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisiVilayət EyvazovAzərbaycan Respublikasının daxili işlər naziriƏli NağıyevAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisiAzərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləriAdil ƏliyevAzərbaycan Respublikası Milli Məclisi Sədrinin müaviniƏminə AğazadəMilli Məclisin deputatıElşad MirbəşiroğluMilli Məclisin deputatıArzu NağıyevMilli Məclisin deputatıFərid HacıyevAzərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəriAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləriFərhad AbdullayevAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədriFərid ƏhmədovAzərbaycan Respublikasının ədliyyə naziriKamran ƏliyevAzərbaycan Respublikasının Baş prokuroruİnam KərimovAzərbaycan Respublikası Ali Məhkəməsinin sədriAnar BağırovAzərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədriAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının KatibliyiRamin VəlizadəKomissiyanın katibiKamran HəsənovBöyük məsləhətçi
Katiblik Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılıb. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdır.
Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir. Katiblik Komissiyanın fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir.
İstinadlar
Xarici keçidlər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın rəsmi veb səhifəsi
Kateqoriya:Azərbaycanın dövlət təşkilatları