I Lui-Filipp (; ) — 1830–1848-ci illərdə Burbonların Orlean qolundan olan fransız kralı, general-leytenant. Onun hakimiyyət dövrü (1830–1848) Fransa tarixinə İyul monarxiyası kimi daxil olmuşdur.
Maliyyə elitasının maraqlarını əks etdirən Lui-Filipp fransız cəmiyyətində qarışıqlara və inqilabi əhval-ruhiyyəyə qarşı sərt mübarizə aparmışdır. Onun dövründə Fransa Əlcəzairi müstəmləkəsinə çevirmişdir. 1848-ci il Fransa inqilabının gedişində devrilərək ölkədən qovulmuş və iki il sonra İngiltərədə vəfat etmişdir. Lui Filipp Fransanın sonuncu kralı olmuşdur.
Ədəbiyyat Водовозов В. В. Людовик-Филипп // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Грегуар, "История Франции в XIX в." (М., 1893–94); Рохау, "История Франции 1814–52" (СПб., 1865). T. E. B. Howarth. "Citizen-King: The Life of Louis-Philippe, King of the French" (2nd ed., Eyre & Spottiswoode Ltd, 1962) Guy Antonetti "Louis-Philippe" (Paris, 1994).
İstinadlar
Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Fransa kralları