Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır.

Tarixi Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.

Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir.

Teatr binası Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur.

Ümumi sahəsi 650 m2-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilir.

Gəncə Dövlət Kukla Teatrnın yaradıcı heyət Rejissorlar

Şamil Məmmədli — quruluşçu rejissor

Rəssamlar

Əntiqə Bədirova — baş rəssam Sara Məmmədova — quruluşçu rəssam

Əməkdar artist

Xudayət Əsgərov

Aktyorlar

Səməd Xanəhmədov Elmar Vəliyev Nahidə Namazova Mahirə Haqverdiyeva Yeganə Məmmədova Nərmin Şərifova

İstinadlar

Həmçinin bax Gəncə Dövlət Dram Teatrı Gəncə Dövlət Filarmoniyası Azərbaycan teatrlarının siyahısı

Xarici keçidlər Gəncə Dövlət Kukla Teatrı (GDKT) — azteatr

Kateqoriya:Azərbaycan kukla teatrları Kateqoriya:Gəncə teatrları Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncədəki binalar və tikililər Kateqoriya:Gəncədə mədəniyyət Kateqoriya:1986-cı ildə Azərbaycanda yarananlar