Kurçaloy () - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Kurçaloyski rayonunun şəhər mərkəzi..

Coğrafiyası Kurçaloy şəhəri Qroznının 42 km cənub-şərqində, Hunq və Terliq çaylarının birləşməsin tam üzərində, Qums çayının sağ sahilindəki düzənliyin ətəyində yerləşir. Ən yaxın Qudermes qatar stansiyasından 20 km aralıdadır.

Onun şimalında İlasxan-Yurt kəndi, şərqindən Mayrtup kəndi, cənub-şərqində Ciqurtı kəndi, cənubunda Niki-Xita, cənub-qərbində Avturı, şimal-qərbində Qeldaqana kəndi yerləşir. Tarixi

Kurçaloy şəhərinin adı şəhərin əsasını qoyan çeçen Kurçaloy tayfasından gəlməkdədir.

Kurçaloyun adına ilk dəfə bir rəsmi sənəddə 1732-ci ildə Kızlar qalasının komendantı D.F Eropkinin "Dağ sahiblərinin siyahıya alınması" qeydlərində rast gəlmək olur. Bronevskiyə görə Kurçaloy Kaçkalık dairəsinə daxil idi.

Çeçenistanın şərqində yerləşən bu şəhərin adı daha sonralar, 1770-ci ildə səyyah İ.A.Güldenstedt tərəfindən çəkildi..

Qafqaz prokurorunun rəsmi katibi P.M. Saxno-Ustimoviçin sözlərinə görə Kurçaloy kəndi əvvəlcə Alxan-Yurtın üstündəki Sunjaya axan Qexi çayının üzərində yerləşirdi. Köhnə Kurçaloy 1826-cı il aprelin 12-də rus qoşunlarının Qafqaza hücumu zamanı tamamilə məhv edilmişdi..

1834-cü ildə Hərbi Topoqrafiya Anbarının müdiri İ.F. Blaramberq Qexi çayı üzərindəki kəndlərin - Nuarik, Malaqa, Qexi təkrar hücumlarla məhv edildiyini qeyd etdi. Qexi sakinləri yaxınlıqda yerləşən Dıxinkaç-yurt, Mirzaxan-yurt, Saytan-yurt və Kürçala kimi kiçik kəndlərə köç etdilər..

1944-cü ildə çeçenlərin qovulması və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi ilə əlaqədar yaşayış məntəqəsi dəyişdirilərək Valeriya Çkalov adlandırıldı. 1958-ci ildə isə yenidən Kurçaloy adını aldı Şəhər statusu alması 2019-cu ilin yanvar ayının əvvəlində şəhərə çevrilmədən əvvəl Kurçaloy Çeçenistan Respublikasının ən böyük kənd yaşayış məntəqəsi idi.

13 fevral 2018-ci ildə Çeçenistan hakimiyyətinin şəhər Mayrtup kəndini də daxil edərək Kurçaloy kəndinə şəhər statusu vermək niyyətində olduğu barədə məlumatlar ortaya çıxdı.

4 oktyabr 2018-ci ildə Çeçenistan Parlamenti Kurçaloy kəndinin şəhərə çevrilməsinə qərar verdi.

Çeçenistan Respublikasının 29 dekabr 2018-ci il tarixli "Kurçaloy kənd məntəqəsinin statusunun dəyişdirilməsi" haqqında qanununa əsasən, Kurçaloy kəndi şəhərə çevrildi. Bu qanun dərc edildikdən 10 gün sonra, yəni 9 yanvar 2019-cu ildə qüvvəyə minmişdir.

Əhalisi Əhalinin sayı

Milli tərkibi 2010-cu ildə aparılan siyahıya almaya görə Kurçaloyun milli tərkibi belədir: MillətSayı nəf.Ümumi əhaliyə nisbəti, %çeçenlər 22 669 99,76 %digərləri/bilinməyən 54 0,24 %cəmi 22 723 100,00 % Dini Əhalinin 99%-i müsəlman sünnilərdir.

Qardaşlaşmış şəhər(lər) Həmçinin bax Alagir Qudermes Kurçaloy cümə məscidi Kurçaloy İslam İnstitutu

İstinadlar

Xarici keçidlər Официальный сайт Курчалойского сельского поселения Официальный сайт Администрации Курчалоевского муниципального района ЧР IslamRF.ru: В Курчалое открыта мечеть им. Кунта-хаджи Кишиева на 5000 молящихся Курчалой готовится к празднованию 150-летия | Грозный Информ Инвестиционный паспорт Чеченской Республики — Курчалоевский район

Kateqoriya:Şimali Qafqaz