RPG-29 Vampir, Rusiya istehsalı olan çiyindən atılan tank əleyhinə döyüş raketidir. 1989-cu ildə SSRİ Silahlı Qüvvələri tərəfindən xidmətə qəbul edilmişdir. Rus ordusunda olan ən güclü tank əleyhinə silahlardan biri hesab olunur.

Ümumi xüsusiyyətləri

RPG-29 bir əsgər tərəfindən aparılan və istifadə edilən bir tank əleyhinə silah olaraq hazırlanmışdır. Borunun üzərində durbin və sonunda daşınma kəməri mövcuddur. Gecə görüş durbinləri də əlavə edilə bilər.

PG-29V Spec Çapı 105 mmEffektiv mənzili 500 m Mənzili 1300 mNişangahOptik nişangah Uzunluğu 1850 mm Dolu çəkisi 18.8 kq Boş çəkisi 12.1 kq Zireh dağıtma qabiliyyəti Reaktiv zireh + 750 mm polad

İki növ raketdən istifadə edə bilər:

PG-29V tank əleyhinə/bunker əleyhinə raketlər TBG-29V termobarik anti-personal raketlər

PG-29V raketi reaktiv zirehləri olan zirehli döyüş maşınlarını məhv etmək üçün tandem sursat döyüş başlığına malikdir (ERA)

Döyüş başlığı böyük gücə malikdir. T-90 və T-80 tankları üzərində aparılmış testlər nəticəsində məlum olmuşdur ki, hər iki tankı ön zirehindən dağıdacaq qüvvəyə malikdir.

Tarixi

Hizbullah tərəfindən 2006-cı ildə Livan ilə İsrail arasında baş tutmuş olan İsrail-Livan müharibəsində İsrail tanklarına qarşı istifadə edilmişdir. İsrail qəzeti Haaretz, İsrailin vermiş olduğu itkilərin çoxunun bu silahdan açılan atəşlər vasitəsilə baş verdiyini iddia etmişdir.

2007-ci ildə Challenger 2 tankının ön zirehini zədələdiyi və tank ekipajından bir nəfəri yaraladığı qeydə alınmışdır.

2008-ci ildə davam edən İkinci körfəz müharibəsi zamanı İraqda bir ABŞ istehsalı olan M1A1 Abrams tankının zirehinə böyük zərər verdiyi görülmüşdür.

İstifadəçilər

Cari istifadəçilər

İrlandiya Respublikaçı Ordusu

Keçmiş istifadəçilər

Kateqoriya:Rusiya ixtiraları Kateqoriya:Qumbaraatanlar Kateqoriya:Rusiyanın tank əleyhinə raket qurğuları