Məmmədəli Hüseyn oğlu Ağayev () — Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi.

Həyatı Məmmədəli Ağayev 3 sentyabr 1952-ci ildə Naxçıvanın Qaraxanbəyli kəndində anadan olmuşdur.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1975–1979-cu illərdə Naxçıvan Musiqili Dram Teatrında baş administrator işləmişdir. 1981-ci ildə Moskva Akademik Teatrında işləməyə başlamışdır.

1992-ci ildən Moskva Akademik Satira Teatrının direktorudur.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya Federasiyasının əməkdar incəsənət xadimləri